Həzrət Mehdinin Sürgünlüyü,
Məhbusluğu və Şəhidliyi
Nəbil Zərəndi
Mündəricat
Ön Söz 3
Həzrət Bəhaullah 5
Yeni Vəhyin Zühuru 7
Sürgün 10
Rizvan Bağında Bəyan 14
Allahın Dəyişməyən Dini 17
Allahın Məzhəri 20
Daim İnkişaf Edən Sivilizasiya 22
Tanrı Günü 25
Dünya Hökmdarlarına Müraciət 28
Müqəddəs Torpaqlarda 32
Din İşıq Və Qaranlıq Rolunda 35
Ümumdünya Sülhü 37
Mənim İstəyimlə Deyil 39
Allahla İnsan Arasında Əhd 41
Ön Söz
BU İL, 2017-Cİ il oktyabr ayının 21 və 22-də Həzrət Bəhaullahın ardıcılları ilə yanaşı mütərəqqi bəşəriyyət, dünyanın gələcəyi barədə Həzrət Bəhaullahın baxışına inanan və uzun əsrlər boyu sürən savaş və münaqişələr erasının sona yetməsinə ümid bağlayan insanlar dünyanın hər bir guşəsində Onun Mövludunun 200 illik Yubileyini qeyd edirlər. Bu bayramda dünya bəhailəri Həzrət Bəhaullahın dininin ana təlimini təcəssüm etdirəcəklər: insan nəslinin yeniyetməlik dövründən yetkinlik dövrünə qədəm qoyma erası başlamışdır; bəşəriyyətin birliyi nəinki mümkündür, o hətta qaçılmazdır.
“Dünyanın üfüqündə doğmuş bu Günəş”, “insanlığa yeni ilahi müjdənin Daşıyıcısı” və “bütün zamanların Vəd Olunmuş Kəsi”―Həzrət Bəhaullah Öz vəhyi ilə bəşəriyyətin həyatında yeni bir dövr―sülh və qardaşlıq, əmin-amanlıq və firavanlıq dövrünü başlatmışdır. Hazırda dünyada baş verən proseslərə və təbəddülatlara baxdıqda bu bir qədər qəribə görünə bilər, lakin insanlıq son nəticədə ayılacaq və sülhdən başqa yol olmadığını dərk edəcəkdir. Bu ilahi Məzhərin gətirdiyi təlimlər “onu miskinlik və rüsvayçılıq vadisindən qüdrət və şərəf zirvələrinə aparacaqdır”. Həzrət Bəhaullah ingilis şərqşünası Edvard Braunla söhbətində buyurmuşdu: “Əgər bütün millətlər bir din ətrafında birləşərlərsə və bütün insanlar bir-birinə qardaş olarlarsa; insan övladları arasında məhəbbət və birlik bağları möhkəmlənərsə; dini ixtilaflar olmazsa və irqi ayrıseçkiliklər ləğv edilərsə, burada zərərli nə var? Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaq və Böyük Sülh bərqərar olacaqdır”.
1844-cü ildə İranın Şiraz şəhərində özünü Müjdəçi elan etməklə Həzrət Bab: “Xoş o kəsin halına ki, nəzərlərini Həzrət Bəhaullahın Nizamına dikir və öz Rəbbinə şükr edir! Zira O, mütləq zahir olacaqdır. Allah bunu Bəyanda, həqiqətən, qətiyyətlə hökm etmişdir” deyərək Həzrət Bəhaullahın gəlişi üçün yol hazırlamışdır. Lakin Həzrət Babın Özünün də gəlişi üçün yolu hazırlayanlar vardı və bunlardan ikisi Azərbaycanda yaşayırdılar. Ordubadda iki məşhur din xadimi―Molla Sadıq Vənəndli və Seyid Əbdülkərim Ordubadi bir-birinin ardınca, Vəd Olunmuş Qaimin zühurunun zamanının çatdığını təbliğ edirdilər. Ona görə də Həzrət Bab Şirazda Öz missiyasını elan edəndə Azərbaycanda minlərlə insan babi oldular. Bu məsələ tarix kitablarında qeyd edilmir, lakin tarixi fakt bundan ibarətdir ki, Babi, sonra isə Bəhai dinlərinin doğulması və təşəkkül tapması Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır. XX əsrin əvvəllərində Azərbaycanda onlarla bəhai icmaları fəaliyyət göstərmişdir. Bəhai dininin erkən dövründən onlar təlim-tərbiyəyə, təhsilə və maarifçiliyə, cəhalətin, təəssübkeşlik və mövhumatın aradan qaldırılmasına önəm verərək cəmiyyətimizin inkişafına töhfə vermişlər.
Bu gün iki yüz illik tarixə malik Azərbaycan bəhai icması siyasətdən uzaq olaraq, Həzrət Bəhaullahın cahanşümul təlimlərini fərdi və kollektiv həyatlarında tətbiq edərək cəmiyyətimizi yaxşılaşdırmağa, uşaqların, yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsinə və onlarda insanlığa təmənnasız xidmət ruhunu bəsləməyə, insanlar arasında ahəngdar münasibətlərin yaranmasına, ailə institunun möhkəmlənməsinətöhfə verməyə çalışır. Bu gün söz deyil, əməl vaxtıdır. Odur ki, onlar Həzrət Bəhaullahın “Siz hamınız bir ağacın meyvələri, bir budağın yarpaqlarısınız” nəsihətini rəhbər tutaraq cəmiyyətin bütün səviyyələrində ancaq və ancaq birlik yaratmağa xidmət edirlər.
Həzrət Bəhaullah
YENİ MİNİLLİK ƏRƏFƏSİNDƏ insan nəslinin ən zəruri ehtiyacı insanın və cəmiyyətin təbiəti barədə birləşdirici baxış tapmaqdır. Bütün ötən əsr ərzində insanlığın bu impulsa reaksiyası dünyanı sarsıdan və indi tükənmiş olduqları üzə çıxan ardıcıl ideoloji təbəddülatları ortalığa çıxarmışdır. Məyusedici nəticələrinə baxmayaraq bu savaşa qoyulan ehtirasın miqyası o ehtiyacın nə qədər dərin olmasını göstərir. Zira bəşər tarixinin gedişi və istiqaməti barədə ümumi inam olmadan insan kütlələrinin özlərini həsr edəcəkləri qlobal bir cəmiyyətin təməlini qoyulmasını təsəvvür etmək qeyri-mümkündür. Məsələyə belə yanaşma XIX əsrdə yaşamış Həzrət Bəhaullahın Yazılarında Peyğəmbərcəsinə verilmişdir. Belə ki, Onun nüfuzunun artması müasir din tarixində ən əlamətdar səhifədir.
Həzrət Bəhaullah 1817-ci il noyabrın 12-də İranda doğulmuşdur. 27 yaşından başlayaraq qarşıdan gələn illərdə Öz Təlimi ilə bütün yer üzünün irq, mədəniyyət, sinif və millətlərinə mənsub olan milyonlarla adamların təxəyyülünü heyran etmiş və onların sədaqətini qazanmışdır. Bu fenomen müasir dünyada heç nə ilə müqayisə oluna bilməz, lakin o, insan nəslinin kollektiv keçmişində inkişaf istiqamətindəki həlledici dəyişikliklərlə bağlıdır. Çünki Həzrət Bəhaullah buyurmuşdu ki, O, insanlığın yetkinlik dövründə Allahın Elçisi, əvvəlki dinlərdə verilmiş vədləri yerinəyetirən İlahi Vəhy Daşıyıcısıdır və bu, dünya xalqlarının birləşməsi üçün ruhani sinir və bağ yaradacaqdır.
Əgər Həzrət Bəhaullahın həyatı və Yazıları vasitəsilə bundan artıq heçnəyə nail olunmasaydı belə, o həyatın və o Yazıların artıq göstərmiş olduğu təsir, insanın öz təbiəti etibarı ilə ruhani varlıq olmasına və bu müddəanın planetimizin gələcək həyat quruculuğunda mütləq nəzərə alınmasına inanan hər kəsin səmimi və ciddi diqqətini qazanmasına kifayət edərdi. Mənbələr tədqiqat üçün açıqdır. Tarixdə ilk dəfə olaraq, bəşəriyyət müstəqil dini sistemin yaranması və onun banisinin həyatından bəhs edən ətraflı və etibarlı sənədlərə malikdir. Eyni dərəcədə də, bu yeni dinin həqiqi mənada bəşəriyyətin mikrokosmosu hesab edilə bilən bir dünya icmasının yaranması vasitəsilə doğurduğu nəticələr haqqında sənədlər də hamı üçün tam açıqdır.
XX əsrin ilk onilliklərində bu icmanın inkişafı o qədər də nəzərə çarpmırdı. Həzrət Bəhaullahın Yazıları keçmişdəki bir çox dini cərəyanların geniş yayılmasında əsas silah rolunu oynayan prozelitizmi (dində məcburiyyəti) qadağan edir. Bundan başqa, bəhai icmasınınəsas diqqətini bütün yer üzündə yerli qrupların yaradılmasına yönəltməsi ilkin mərhələdə Bəhai dininin ardıcıllarının hər hansı bir ölkədə böyük qruplarla mərkəzləşdirilməsinə, həmçinin, genişmiqyaslı ictimai əlaqə proqramları üçün zəruri olan vəsaitlərin toplanmasına imkan vermədi. Baş vermiş hadisələrin yeni ümumdünya dininin yaranmasına gətirib çıxaracağı nəticəsinə gələn Arnold Toynbi 1950-ci illərdə qeyd edirdi ki, eramızın ikinci əsrində savadlılar təbəqəsi xristianlıq dini ilə necə tanış idilərsə, bu dövrdə Qərbin ziyalı adamları da bəhai dini ilə eyni dərəcədə tanış idilər.
Son illərdə bəhailərin sayının sürətlə artması ilə bağlı olaraq bir çox ölkələrdə vəziyyət əsaslı sürətdə dəyişmişdir. Hal-hazırda dünyanın elə bir regionu yoxdur ki, orada Həzrət Bəhaullahın öyrətdiyi həyat tərzi kök salmamış olsun. Hökümət və elmi dairələrdə, həmçinin, BMT-də, bəhai icmalarının sosial və iqtisadi layihələrinin qazanmağa başladığı hörmət, vacib cəhətləri ilə dünyamız üçün nadir olan sosial dəyişikliklər prosesini doğuran mənbənin qərəzsiz və ciddi öyrənilməsini haqq etdiyinə daha bir sübutdur.
Bu həyatverici mənbənin təbiəti ilə bağlı zərrə qədər də şübhə yarana bilməz. Həzrət Bəhaullahın Yazıları irqlərin inteqrasiyası, cinslərin bərabər hüquqluluğu, tərki-silah kimi sosial məsələlərdən başlamış insan qəlbindəki ən gizli duyğulara dair həyati məsələlərə qədər çox geniş mövzu dairəsini əhatələyir. Həzrət Bəhaullahın Öz əli ilə qələmə aldığı, Onun imlası ilə yazılan və söylənən, sonra isə təsdiq etdiyi digər mətnlərin əsli hal-hazırda da qayğı ilə qorunur. Son onilliklərdə Onun seçilmiş əsərlərinin dünyanın 800-dən artıq dilinə tərcümə olunması sahəsində aparılan məqsədyönlü proqram bu əsərləri hamının əli çatan mənəvi sərvəti etmişdir.
Yeni Vəhyin Zühuru
HƏZRƏT BƏHAULLAHIN MİSSİYASI 1852-ci ilin avqustunda Tehranın yeraltı zindanında başlamışdır. Soyu İranın keçmiş böyük imperiya sülalələrindən başlayan bir nəcib ailədə doğulmuş Həzrət Bəhaullah hökumət nazirliyində Ona təklif olunan vəzifədən imtina edərək, bunun əvəzində Öz qüvvəsini müxtəlif növ xeyriyyəçilik fəaliyyətinə sərf etməyi daha üstün tutur, bu da 1840-ci illərin əvvəllərində Ona xalq içində “Yoxsulların Atası” kimi şöhrət qazandırır. Onun bu xüsusi mövqeyi 1844-cü ildən sonra, Həzrət Bəhaullahın Öz ölkəsinin tarixi gedişini dəyişdirəcək babilər hərəkatının qabaqcıl tərəfdarı və müdafiəçisi olduğu üçün tezliklə itirilir. XIX əsrin əvvəlləri bir çox ölkələrdə İlahi Xilaskarın gəlməsinin gözlənilməsi nişanəsi altında keçir. Elmi ixtiraların və sənayeləşmənin nəticələrindən narahat olan, bir çox dini təlimlərə həqiqətən inananlar sürətlənmiş dəyişikliklər prosesinin mahiyyətini anlamaq ümidi ilə öz müqəddəs kitablarına müraciət edirlər. Avropa və Amerikada tampliyerlər və milleritlər kimi dini cərəyanların nümayəndələri belə hesab edirdilər ki, xristian kitablarında bəşər tarixinin sona çatdığını və İsanın ikinci gəlişinin yaxınlaşması haqqında öz inamlarının sübutunu tapmışlar. Orta Şərqdə də, həmçinin, belə bir həyəcanla Quranda və İslam hədislərində verilmiş xəbərlərin tezliklə, mütləq həyata keçməsini həyəcanla gözləyirdilər.
Tarixdə bu gəlişin gözlənilməsinin ən dramatik ifadəsi İranda baş verdi və o, tarixdə “Bab” adı ilə tanınan gənc şirazlı tacirin şəxsiyyəti və təlimi ilə bağlı oldu.
Doqquz il ərzində―1844-cü ildən 1853-cü ilədək―İranın bütün təbəqələrinin nümayəndələri ümid və həyəcan içində yaşadılar; Babın xəbər verdiyi kimi “Tanrı Günü” yaxınlaşır. Onun Özü isə İslamın Müqəddəs Kitabında deyilən Sahib-Əz-Zamandır. O, bəyan edirdi ki, bəşəriyyət, həyatımızın bütün sahələrində dəyişikliklər baş verəcək yeni epoxanın astanasındadır. Hələ öyrənilməmiş bilik sahələri bu yeni epoxada, hətta uşaqlara XIX əsrin ən savadlı alimlərini üstələmək imkanı verəcəkdir. Həzrət Bab öyrədirdi ki, Tanrı, bütün insan nəslini öz əxlaqını və mənəvi həyatını dəyişdirməyə, bu dəyişiklikləri bütünlüklə qəbul etməyə çağırır. Həzrət Baba verilmiş İlahi Missiya isə bəşəriyyəti bu dəyişikliklərin özəyi olan, bütün din ardıcıllarının gözlədiyi ümumdünya Allah Elçisinin―“Allahınzahir edəcəyi Kəsin”―gəlişinə hazırlamaqdan ibarət idi.
Bu fikirlər müsəlman ruhaniləri tərəfindən qəzəbli düşmənçiliklə qarşılandı. Onlar öyrədirdilər ki, İlahi Vəhy prosesi Məhəmməd Peyğəmbərin gəlişi ilə qurtarmışdır və bunu inkar edən hər bir kəs kafirdir və qətlə yetirilməlidir. Onların Həzrət Baba qarşı hücumları tezliklə İran hakimiyyət orqanları tərəfindən də dəstəkləndi. Bütün ölkədə yeni dinin minlərlə ardıcılları vəhşicəsinə öldürülürdü. Həzrət Babın özü 1850-ci il iyulun 9-da Təbrizdə camaat qarşısında qətlə yetirildi. Qərb ölkələrinin Şərqdə baş verən hadisələrə daha çox müdaxilə etdiyi bir dövrdə bu hadisələr, Avropa cəmiyyətinin nüfuzlu dairələrinin də maraq və şəfqətinə səbəb oldu. Həzrət Babın həyatı və Təliminin nəcibliyi, ardıcıllarının qəhrəmanlığı, həmçinin, zülmət içində batan bir ölkədə qətiyyətli dəyişikliklər olacağına dair oyadılmış ümid işığı ən görkəmli adamlara, məsələn, Ernest Renana, Lev Tolstoya, Sara Bernara, qraf de Qobinoya çox güclü təsir göstərdi.
Həzrət Babın işinin müdafiəçiləri arasında görkəmli yer tutan Həzrət Bəhaullah həbs edilərək, zəncirlənmiş halda, piyada Tehrana gətirildi. Müəyyən dərəcədə şəxsi, yüksək nüfuzu və ailəsinin cəmiyyətdə tutduğu mövqe hesabına müdafiə olunması, həmçinin, Qərb ölkələri səfirliklərinin babilərin təqibinə qarşı etirazları nəticəsində Həzrət Bəhaullah, nüfuzlu saray adamlarının istədikləri kimi, ölüm cəzasına məhkum edilmədi. Bunun əvəzində O, şəhərin keçmiş su anbarlarının yerində tikilmiş, siçovul və həşəratlarla dolu olan yeraltı zindana, bədnam Siyah Çal (Qara Çala) zindanına salındı. Nə Həzrət Bəhaullaha, nə də Onun, təxminən, 30 nəfər yoldaşına qarşı elə bir ittiham irəli sürülmədi ki, bu ittihama qarşı şikayət etmək mümkün olsun. Buna baxmayaraq, onların hamısı zülmət və üfunət içində olan zindana, əksəriyyətinə ölüm hökmü verilmiş qatı canilərlə dolu olan bir yerə salındılar. Məhbuslar və həbsxana nəzarətçiləri arasında bədnam ad qazanmış, mənfur ağır zənciri Bəhaullahın boynuna bağlamışdılar. Həmin zəncirin izləri Həzrət Bəhaullahın bədənində ömrünün axırına qədər qalmışdı. Onların gözlədiyinin əksinə olaraq Həzrət Bəhaullah tezliklə ölmədiyi üçün hətta Onu zəhərləmək də istədilər.
Həzrət Bəhaullahın Yazılarında mərkəzi yeri, əsrlərdən bəri ruhani mütəfəkkirlərini düşündürən Allah; tarixdə Vəhyin rolu, dünya dini sistemləri arasındakı qarşılıqlı münasibətlər, dini inamın əhəmiyyəti, insan cəmiyyətinin təşkil edilməsinin əsasında duran mənəvi dəyərlərin qaynaqları kimi ən mühüm mövzuların işıqlandırılması tutur. Bu mətnlərdə, həmçinin, Onun mübhəm, mənəvi təcrübəsi haqqında, Onun İlahi çağırışa cavab verməsi haqqında və Onun missiyasının mahiyyətini müəyyən etmiş “İlahi Ruh”la söhbət etməsi haqqında danışılır. Əvvəllər din tarixində heç bir zaman İlahi Vəhyin Zühuru barəsində belə, bilavasitə məlumat alınması imkanı yaranmamışdı.
Ömrünün axırlarına yaxın Həzrət Bəhaullah Özünün erkən təcrübələri haqqında xatirələri arasında Siyah-Çal zindanındakı şəraitinin də qısa təsvirini vermişdir:
“Biz dörd ay ərzində iyrəncliyi təsvirə gəlməyən bir yerə salınmışdıq... Zindan qatı zülmət içində idi. Bizimlə birlikdə məhbusların sayı yüz əlliyə çatırdı. Bunlar oğrular, qatillər və qarətçilər idilər. Darısqallığına baxmayaraq burada, girdiyimiz qapıdan başqa heç bir baca yox idi. Bu yeri təsvir etməyə heç bir qələmin gücü çatmaz, oranın iyrənc üfunətini heç bir dil ifadə edə bilməz. Adamların əksəriyyətinin nə paltarları, nə də uzanmaq üçün yorğan-döşəkləri var idi. Bir Allaha məlumdur ki, bizim qismətimizə düşmüş bu zillət və üfunətlərlə dolu bir yerdə biz nələr çəkmişik”.
Hər gün keşikçilər dik pilləkənlə üç pillə aşağı enir, bir və ya bir neçə məhbusu edam etmək üçün sürüyüb çıxarırdılar. Tehran küçələrində babilərin başına gətirilən işgəncə səhnələri Qərb müşahidəçilərini dəhşətə gətirirdi. Onları topa qoyub atırdılar, balta və qılıncla doğrayırdılar, yaralarına yanan şamlar batırılmış halda edam etməyə aparırdılar. Belə şəraitdə qəfil ölüm təhlükəsi qarşısında Həzrət Bəhaullaha İlahi Missiyasının ilk xəbəri verildi.
Bir dəfə, gecəyuxuda, hər tərəfdən ucalan belə sözlər eşidilirdi; “Həqiqətən, Biz Sənə, Özün və Qələminlə qələbə bəxş edəcəyik. Başına gələnlərdən kədərlənmə və təşvişə düşmə, zira Sən əmin-amanlıqdasan.Tezliklə Allah yerin xəzinələrini aşkara çıxaracaq―Sənin gücün və adınla Sənə köməyə gələcəkkəsləri ki, o adla Allah Onu tanıyanların ürəklərini yenidən diriltmişdir”.
Bizə qədər gəlmiş Peyğəmbərlərin (Buddanın, Musanın, İsanın və Məhəmmədin) tərcümeyi-hallarında natamam təsvir edilmiş İlahi Vəhy təcrübəsi Həzrət Bəhaullahın şəxsi qələmi ilə daha parlaq təsvir edilmişdir:
Tehran zindanında keçirdiyim günlər ərzində dəriyə işləyən zəncirlərin ağırlığına və üfunətli havanın yuxuya getməyə mane olmasına baxmayaraq, uyuya bildiyim qısa mürgülü dəqiqələrdə Mənə elə gəlirdi ki, Mənim başımdan sinəmə, uca dağın zirvəsindən yerə sürətlə axan əzəmətli axına bənzər bir şey axır. Bunun nəticəsində Mənim bütün bədənim sanki alovlanırdı. Belə anlarda mənim dodaqlarım elə sözlər söyləyirdi ki, ona qulaq asmağa heç bir kəsin gücü çatmazdı”.
Sürgün
MÜƏYYƏN MÜDDƏTDƏN SONRA Həzrət Bəhaullah məhkəməsiz və ittihamsız zindandan buraxılır və tezliklə də doğma vətənindən sürgünə göndərilir. Onun bütün var-dövləti, əmlakı qeyri-qanuni olaraq müsadirə edilir. Həzrət Bəhaullahı şəxsən tanıyan və babilərə qarşı güclənən təqibləri artan ürək ağrısı ilə izləyən rus diplomatı, Həzrət Bəhaullaha öz himayəsini və rus hökumətinin nəzarəti altında olan torpaqlarda sığınacaq təklif edir. O dövrün mövcud siyasi iqlimi şəraitində belə bir dəvətin qəbul edilməsinə, şübhəsiz ki, başqa dövlətlər tərəfindən əvvəlcədən düşünülmüş işin əsl səbəbi kimi siyasi don geyindirilə bilərdi. Bəlkə də, elə bu səbəbdən Həzrət Bəhaullah o zaman Osmanlı İmperatorluğunun hakimiyyəti altında olan qonşu İraq torpaqlarına sürgünə göndərilməsini daha üstün tutur. Bu sürgün həbsxanalar və amansız əziyyətlərlə dolu olan qırxillik məşəqqət dövrünün əsasını qoyur.
Həzrət Bəhaullah İrandan sürgün edildiyi ilk illərdən başlayaraq Bağdadda yığılmış babi icmasının ehtiyaclarına xüsusi diqqət ayırırdı. Bu vəzifə Onun üzərinə, qırğından sonra sağ qalmış yeganə babi rəhbəri kimi qoyulmuşdu. Babın öldürülməsi və eyni zamanda bu dinin rəhbərlərinin və mübəlliğlərinin əksəriyyətinin demək olar ki, itirilməsi babilərin sırasını pozmuş və onları çaxnaşmaya salmışdı. İraqa qaçan adamları bir yerə toplamaq cəhdləri qısqanclıq və ixtilaf doğuranda isə O, əvvəlki Tanrı Müjdəçiləri kimi hərəkət edərək, tək-tənha səhraya çəkildi və bu məqsədlə Özünün tənha yaşayış yeri üçün Kürdüstanın Süleymaniyyə dağlarını seçdi. Onun sonralar bu barədə söylədiyinə görə, dağlara gedərkən O, “geriyə dönmək” fikrində olmamışdı. “Getməsinin səbəbi vəfalılar arasında ayrılıq və Bizim qardaşlarımıza narahatlıq qaynağı olmamaq” istəyi idi. Kürdüstan dağlarında keçirilən bu iki il ağır məhrumiyyətlər, maddi ehtiyaclar dövrü olmasına baxmayaraq, Həzrət Bəhaullah onları ən xoşbəxt günlər, Ona göndərilən İlahi Müjdə barəsində dərin düşüncələrə daldığı zamanlar adlandırır. “Tənhalıqda Biz dünyanı və orada olan hər şeyi unudaraq Bizim Ruhumuzla danışırdıq”.
Babilər ümidsizlik içində Onun harada qaldığını öyrənir və Ondan acizanə surətdə xahiş edirdilər ki, geri qayıdıb icmanın rəhbərliyini üzərinə götürsün.
Həzrət Babın Əmri qarşısında Öz məsuliyyətini düşünərək, hələ də Bağdadda yaşayan azsaylı sürgün olunmuş babilərin inadlı xahişlərini nəzərə alaraq, nəhayət ki, Həzrət Bəhaullah, könülsüz də olsa, geri qayıtmağa razılıq verdi.
Həzrət Bəhaullahın ən mühüm əsərlərindən ikisi, 1863-cü ildə Onunmüqəddəs Missiyasını elan etməsindən öncəki bu sürgünlük dövründə yazılmışdır. Bunlardan birincisi Onun “Kəlimat-i-Məknunə” (“Gizli Kəlamlar”) adlandırdığı kiçik bir kitabçadır. Əxlaqi hikmətlər toplusu üslubunda yazılmış bu kitabça Həzrət Bəhaullahın Təliminin etik əsaslarından ibarətdir. Həzrət Bəhaullahın, keçmişin bütün vəhylərinin ilahi tövsiyyələrinin cövhəri adlandırdığı bu ayələrində bilavasitə bizim ruhumuza müraciət edən Tanrının Səsini eşidirik:
EY RUH OĞLU! Mənim nəzərimdə ən sevimli şey insafdır; Məni istəyirsənsə, ondan üz çevirmə. Ondan qafil olma ki, Mənim yanımda əmin tanınasan. Bunun köməyi ilə sən bir şeyi başqalarının gözü ilə deyil, öz gözünlə görərsən vəheç kəsin biliyi ilə deyil, öz biliyinlətanıyarsan. Bunu özün düşün, sənəyaraşan nədir. Həqiqətən, insaf Mənim sənə bir bəxşişim və sənə inayətimin bir əlamətidir. Onu gözünün önündəsaxla.
EY VARLIQ OĞLU! Məni sev ki, Mən də səni sevim. Sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bunu bil, ey bəndə!
EY VARLIQ OĞLU! Səni qüvvət əllərilə yaratdım, qüdrət barmaqları ilə xəlq etdim. Nurumun cövhərini səndə əmanət qoydum. Buna razı ol və başqa bir şey axtarma. Mənim əsərim kamil və hökmüm nüfuzludur. Ona şəkk etmə və şübhə ilə yanaşma.
EY İNSAN OĞLU! Bizdən ayrılıqdan başqa heç nəyə kədərlənmə. Bizə yaxınlaşmaqdan və yanımıza qayıtmaqdan başqa heç nəyə fərəhlənmə!
Həzrət Bəhaullah tərəfindən bu dövrdə yazılan əsas əsərlərdən ikincisi, ümumiyyətlə, dinin mahiyyəti və məqsədi barədə geniş şərhdən ibarət olan “Kitabi-İqan”―“Yəqinlik Kitabı”dır. Təkcə Qurana deyil, həm də eyni dərəcədə rahatlıq və bəsirətlə Əhdi-Ətiq və Əhdi-Cədidə əsaslanan bu kitabda Tanrı Elçiləri, bəşəriyyətin özünün ruhani və əxlaqi imkanları barədə agah edilməsi barədə vahid və kəsilməz prosesin əsas vasitələri kimi təqdim edilir.
Bəşəriyyət artıq kamillik çağına yaxınlaşmışdır. O, hekayə və rəmzlər dili çərçivəsində qalmayaraq, bilavasitə təlim almaq qabiliyyətinə yiyələnmişdir: iman kor-koranə inanma deyildir, o hökmən dərk edilən olmalıdır.
İnsanların həyat tərzlərinin xüsusi ruhanilər təbəqəsi tərəfindən istiqamətləndirilməsinə artıq ehtiyac yoxdur: ağıl və idrak qabiliyyəti bu yeni nurlanma və maarif çağında hər bir adamda İlahi Öyüdlərə müstəqil cavab vermək imkanı yaradır. Bu məqsədə nail olmağın əsas şərti səmimiyyətdir: “Yerdə və göylərdə mövcud olanlardan büsbütün əl çəkməyincə heç kəs irfan dənizi sahillərinə yetişə bilməz... Bu sözlərin mahiyyəti aşağıdakılardır:İman yolunda addımlayıb və iqan (yəqinlik) qədəhindən içmək istəyənlər özlərini dünyanın bütün maddi şeylərindən təmizləməlidirlər, yəni qulaqlarını boş sözlərdən, qəlblərini şəkk-şübhələrdən, ruhlarını dünyəvi bağlılıqlardan, gözlərini fani şeylərə baxmaqdan uzaq tutmalıdırlar. Onlar Tanrıya təvəkkül edib ətəyindən yapışaraq, Onun yolunda addımlamalıdırlar... Bu təqdirdə onlar İrfan və İdrak Günəşinin şüaları ilə işıqlanmağa layiq sayılarlar... Çünki insan həqiqi anlayış əldə etmək, Allahı və Onun Peyğəmbərlərini tanımaq üçün fani insanların sözlərini və əməllərini meyar kimi qəbul etməkdən əl çəkməyincə, heç bir vaxt İzzət Sahibini tanımağa nail ola bilməz.
Keçmiş günlərə nəzər salın: yüksək və aşağı təbəqədən olan nə qədər insan həmişə bir olan Allahın Məzhərlərinin seçilmişlərin müqəddəs simalarında gəlmələrini gözləmişdir... Amma hər dəfə fəzl qapıları açılıb, kəramət buludları bəşərin üzərinə yağanda və qeyb Günəşi qüdrət üfüqündən doğanda onlar hamılıqla Onu danmış və Allahın Özünün üzü olan Onun üzündən üz döndərmişlər...
Yalnız axtaranın ürəyində axtarış, ciddi-cəhd, şiddətli istək, ehtiraslı bağlılıq, atəşli məhəbbət, heyranlıq və vəcd çırağı yananda, Onun mehribanlıq nəsimi axtaranın qəlbinə əsəndə, xəta qaranlığı qovular, şəkk-şübhə dumanı çəkilər, bilik və yəqinlik nuru onun varlığınıbürüyər. Onda müqəddəs və əbədi Ruhun bol lütfləri və fəzl yağmurları o axtarana elə bir yeni həyat bəxş edər ki, o özündə yeni bir göz, yeni bir qulaq, yeni bir ürək və yeni bir qəlb tapar... Allahın gözü ilə baxaraq o, hər bir zərrədə onu mütləq yəqinlik məqamlarına aparan bir qapı görər. O hər şeydə əbədi Zühurun dəlillərini aşkar edər.
İnsan qəlbinin kanalı, bütün dünyəvi bağlılıq və maneələrdəntəmizləndikdə, o, çox uzaqlarda olsa da, şübhəsiz ki, Sevgilisinin nəfəsini duyacaq, o nəfəsin ətrinin izi ilə Yəqinlik Şəhərinə çatacaq və oraya daxil olacaqdır.
Bu şəhər hər bir əsrdə və hər bir Zühur Dövründə zahir olan Tanrı Kəlamıdır... Göydə və yerdə olan varlıqlara əta edilmiş bütün rəhbərlik, bütün xeyir-bərəkət, bütün elmlər, bütün anlayışlar, bütün inamlar və bütün yəqinliklər bu Şəhərin xəzinəsində mühafizə olunur.
“Yəqinlik Kitabı”-nda Həzrət Bəhaullahın hələ o zaman elan edilməmiş Missiyası barəsində bir kəlmə də açıq söz deyilmir. Kitab ilk növbədə əzabla şəhid olmuş Həzrət Babın missiyasının hərtərəfli açıqlanmasına həsr edilmişdir. Xeyli alimi və ilahiyyat təhsilli adamları özündə birləşdirən Babi icması üzvlərinə kitabın göstərdiyi güclü təsirin səbəblərindən biri də Həzrət Bəhaullahın İslam Təlimini dərindən bilməsi və dəlillərinə kamil yiyələnməsi məharəti idi. Həzrət Bəhaullah Həzrət Babın müddəalarının ədalətliliyini sübut edərək göstərirdi ki, O, İslamdakı kəhanətləri (xəbərləri) yerinə yetirmişdir. O, babiləri, Həzrət Babın onlara göstərdiyi etimadı doğrultmağa və həyatlarını qəhrəmancasına qurban vermiş cəsur babilərin ruhlarına layiq olmağa çağıraraq, öz həyatlarını İlahi Təlimlərə uyğun qurmaqla arxayınlaşmayaraq, İraqın əyalət paytaxtı olan Bağdadın çoxmillətli əhalisi üçün bir nümunəyə çevirməyə dəvət edirdi.
Sürgün olunmuş babilərin çox ağır sıxıntı şəraitində yaşamalarına baxmayaraq, bu çağırış onları ruhlandırdı. Sonrakı illərdə Həzrət Babın və Həzrət Bəhaullahın həyatı haqqında ətraflı məlumatlar yazmış Nəbil adlı sürgün olunmuş bir babi o günlərin ruhani şövqü barəsində belə yazırdı:
“Çox vaxt onlarla adam axşam yeməyini bir ovuc xurma ilə başa vurardı. Heç kim bilmirdi ki, evlərdə olan ayaqqabı, paltar və əbaların əsl sahibləri kimdir. Əgər birisi bazara getməyə hazırlaşırdısa, məhz o, cəsarətlə deyə bilərdi ki, ayağındakı ayaqqabı onunkudur: Həzrət Bəhaullahın hüzuruna getmək şərəfinə layiq ola bilən adam, o anda o əbanın, plaşın onun olduğunu söyləyə bilərdi. O unudulmaz anların sevinci, qəlbimizin şadlığı və heyrəti necə də intəhasız idi!”
“Babi işini” bitmiş hesab edən İran konsulluğu nümayəndələri, İraqın əyalət paytaxtında və yaxın qəsəbələrində sürgün olunmuş babi icmalarının gündən-günə artan hörmət və nüfuzundan məyus olurdular. Şiə-müsəlmanlarının ən vacib ziyarətgahlarından bir neçəsi məhz Bağdad yaxınlığında yerləşdiyi üçün zəvvarların fasiləsiz olaraq buraya gəlməsi nəticəsində onlar babi icmasının təsirinin yenidən dirçəldiyinin şahidi olurdular. Həzrət Bəhaullahı Onun qaldığı sadə evdə ziyarət edən görkəmli adamlar sırasında şah ailəsinin bir neçə şahzadəsi də vardı. Onlardan biri bu görüşdən o qədər ovsunlanmışdı ki, o, Həzrət Bəhaullahla söhbətdən aldığı təmizlik və müqəddəslik mühitinin təsirindən sadəlövh arzulara qapılaraq, imkan daxilində, öz malikanəsinin bağında, Həzrət Bəhaullahın yaşadığı evə bənzər ev tikdirmişdi. Həzrət Bəhaullahla görüşündən daha artıq təsirlənən başqa birisi isə öz hisslərini dostlarına belə ifadə etmişdi: “Əgər dünyanın bütün kədərləri mənim qəlbimə dolsaydı belə,HəzrətBəhaullahın hüzurunda olarkən onların hamısı, şübhəsiz ki, yox olub gedərdi. Mən sanki Cənnətə daxil olmuşdum”.
Rizvan Bağında Bəyan
1863-CÜ İLDƏ Həzrət Bəhaullah belə qərara gəldi ki, Siyah-Çal zindanında, Ona açılmış Müqəddəs Missiyanı Öz yoldaşlarından bəzilərinə bildirmək vaxtı çatmışdır. Zaman etibarilə bu qərar şiə-müsəlman ruhaniləri və İran hökumətinin nümayəndələrinin Onun Təliminə qarşı zəifləmək bilmədən apardıqları amansız mübarizələrinin yeni mərhələsi ilə bir vaxta düşür. İraqa gələn nüfuzlu iranlılar arasında Həzrət Bəhaullahın durmadan artan şöhrətindən və bunun isə tez vəcdə gələn İran xalqı arasında yeni həyəcanlara təkan verə biləcəyindən narahat olan şah hökuməti, Osmanlı İmperiyasına təzyiq göstərərək, Həzrət Bəhaullahı sərhəddən daha uzaqlara, İmperiyanın dərinliklərinə göndərməyi tələb edirdi. Nəticədə, Türkiyənin hakim dairələri bu təzyiqə tabe olaraq, sürgün edilmiş Həzrət Bəhaullaha hökumət qonağı kimi, İstanbula köçməyi təklif etdi. Təklifin nəzakətli ədasına baxmayaraq, aydın idi ki, bu dəvəti qəbul etməmək olmazdı.
Bu zaman sürgün edilmiş babilər sırasında kiçik bir qrup öz ümid və sədaqətlərini yalnız Həzrət Babın Təliminə deyil, həm də Həzrət Bəhaullahın şəxsiyyətinə bağlamışdı. Günü-gündən onların əksəriyyəti bu qənaətə gəlirdi ki, Həzrət Bəhaullah yalnız Həzrət Babın Təliminin ardıcılı və müdafiəçisi kimi danışmır, eyni zamanda, Həzrət Babın əvvəllər dediyi kimi, gələcəkdə zühur edəcək daha böyük Əmrin adından danışır. Onların gümanları Həzrət Bəhaullahın İstanbula yola düşməsi ərəfəsində, 1863-cü il aprelin 21-də həqiqətə çevrildi. Həzrət Bəhaullah Öz məsləkdaşlarından bəzilərini Onunla Nəcib Paşanın bağçasında, daha sonralar Rizvan (Cənnət) adlandırılan bağçada görüşməyə çağırdı və burada Öz Missiyasının əsas təlimini elan etdi. Hərçənd, Həzrət Bəhaullah Öz Missiyasının hamıya bildirilməsinin hələ vaxtı çatmadığını söyləyirdi, lakin sonrakı 4 il ərzində Həzrət Babın Peyğəmbərcəsinə dediklərinin gərçəkləşməsi və çoxdan gözlənilən “Tanrı Günü”nün gəlməsi xəbəri Onun etibarlı dostları arasında yayılmağa başladı.
Bu dövrə yaxından bələd olan bir məşhur bəhainin dediyinə görə, həmin hadisəni müşayiət edən şərait “ehtimal ki, sirlər pərdəsinə bürünmüş qalacaq və bunun açılması gələcək nəsil tarixçilərinə heç də asan olmayacaqdır”. Həzrət Bəhaullahın bəyanının mahiyyətini Onun xatirələrindən və Öz Missiyası haqqında sonrakı Yazılarındakı qeydlərdən anlamaq olur:
“Bütün yaradılışın səbəbi bu ali, bu müqəddəs Günün Vəhyidir, Onun bütün Kitablarında və Lövhlərində Allah Günü adlanan və seyrini Onun bütün Peyğəmbərlərinin, seçilmişlərinin və müqəddəslərinin arzuladıqları Gündür”.
“Həqiqətən, bu Gün elə bir gündür ki, bəşər Vəd Olunmuşun Camalını görə və Səsini eşidə bilər. Allahın çağırış sədası ucalmış və Onun üzünün nuru bəşərin üzərindən yüksəlmişdir. İndi hər kəs əvvəllər eşitdiyi hər boş sözü qəlbinin lövhəsindən silməli, açıq və qərəzsiz qəlblə Onun Vəhyinin əlamətlərinə, Onun Missiyasının dəlillərinə və Onun Cəlalının nişanələrinə nəzər salmalıdır”.
Həzrət Babın Təlimindən danışarkən, Həzrət Bəhaullah dəfələrlə qeyd etmişdir ki, Tanrının Öz İradəsini bildirməsinin ilk səbəbinin əsasında bəşəriyyətin özünün xarakterindəki dəyişiklik və Onun çağırışına cavab verənlərin ürəklərində insan təbiətinin ənginliklərində gizlənmiş mənəvi və ilahi keyfiyyətlərin inkişaf zərurəti dayanır:
“Ey insanlar, dillərinizi düzlüklə, qəlblərinizi isə dürüstlüklə bəzəyin. Çəkinin, ey insanlar, heç kəsə xəyanət etməyin. Allahın yaratdıqları arasında Onun əminləri və insanları arasında Onun səxavət nişanələri olun”.
“Ürəklərinizi təmizləyin və paklaşdırın; onu nifrət və küdurət tikanları ilə çirkləndirməyin. Siz hamınız vahid bir dünyada yaşayırsınız və vahid bir İradənin istəyi ilə yaradılmısınız. Hamı ilə xeyirxahlıq və sevgi ruhunda ünsiyyət edənlər bəxtiyardırlar”.
Keçmiş zamanlarda dinlərin zorla yayılması (prozelitizm) “Tanrı Günü”nə layiq olmayan hərəkət elan edilir. Zühuru tanıyan hər bir kəs bu xəbəri həqiqəti axtaran bütün adamlarla bölüşməlidir, lakin nə cavab verəcəkləri tamamilə o insanların özlərinə buraxılmalıdır:
“Hamı bir-birilə səbrlə, mehribanlıq və məhəbbətlə rəftar etməlidir. Əgər kimsə müəyyən bir həqiqəti anlamaqda acizdirsə və ya onu anlamağa çalışırsa, onunla söhbət zamanı ona qarşı hədsiz lütf və xeyirxahlıq ruhu nümayiş etdirin”.
“Bu Gün insanın bütün vəzifəsi Allahın onun üçün yağdırdığı mərhəmət selindən öz payını almaqdır. Qoy ona görə də heç kəs qabın böyüklüyünə və ya kiçikliyinə fikir verməsin”.
İranda baş vermiş qanlı hadisələrin fonunda Həzrət Bəhaullah ardıcıllarına: “Özünüzün öldürülməyiniz başqasını öldürməyinizdən daha yaxşıdır” deməklə kifayətlənməyərək, eyni zamanda, onları hakimiyyət orqanlarına itaətkarlıq göstərməkdə nümunə olmağa da inandırırdı: “Hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, bu insanlar həmin dövlətin hökumətinə yüksək sədaqət,dürüstlük və doğruluqla tabe olmalıdırlar”.
Həzrət Bəhaullahın Bağdadı tərk etməsini müşayiət edən şərait bu prinsiplərin kəsərliliyinə parlaq bir nümunədir. Əvvəllər öz qonşuları tərəfindən şübhə və zorakılıqla qarşılanan babilər bir neçə il ərzində camaatın hörmətli və nüfuzlu bir hissəsinə çevrildilər. İcma üzvləri yaşamaq üçün özlərinə hansı yolla ruzi qazanırdılarsa, onların işi hər yerdə inkişaf edirdi, babilərin səxavətliliyi və yüksək əxlaqı hamını heyran qoyurdu. İran konsulluğu məmurlarının və şiə-müsəlman ruhanilərinin babilərin ünvanlarına dair qəsdən yaydıqları dini cəhalət və cinayətkarlıq kimi şayiələr ictimai fikir dairələrində öz təsirini artıq itirmişdi. 1863-cü il mayın 3-də, Öz ailəsinin və Onunla yeni sürgün yerinə getmək üçün təyin olunmuş ardıcıllarının müşayiəti ilə karvanla Bağdaddan İstanbula yola düşərkən, Həzrət Bəhaullah artıq geniş şöhrət və hörmət qazanmışdı. Yola düşmək ərəfəsindəki günlərdə adlı-sanlı adamlar, o cümlədən, əyalət valisi də Həzrət Bəhaullahın müvəqqəti olaraq köçdüyü Rizvan bağına gələrək Ona öz ehtiramlarını bildirirdilər. Görüşə gələnlərin əksəriyyəti uzaq şəhərlərdən idilər. Həzrət Bəhaullahın yola düşməsinin şahidi olanların və Onu ötürməyə gələnlərin əksəriyyəti Həzrət Bəhaullahı sürəkli alqışlar və göz yaşları ilə qarşılayırdılar. Osmanlı İmperiyası hakimiyyətinin rəsmi nümayəndələri də Həzrət Bəhaullahın Özünə ehtiramlarını yüksək tərzdə bildirmək üçün təlaş və həyəcan hissləri keçirirdilər.
Allahın Dəyişməyən Dini
1863-CÜ İLDƏ Həzrət Bəhaullah Öz Missiyasını elan etdikdən sonrahələ öncə qələmə aldığı “Kitabi-İqan”da (“Yəqinlik Kitabı”) toxunduğu mövzunu daha da dərindən izah etməyə başlayır. Bu, Allahın İradəsi ilə insan təbiətinə əzəli zamanlardan xas olan əxlaqi və ruhani keyfiyyətlərin açıqlanmasının təkamül yolu ilə gedən proseslərinin qarşılıqlı əlaqələri mövzusu idi. Məhz, bu qarşılıqlı əlaqə Onun həyatının sonrakı 30 ili ərzində yazdığı bütün əsərlərində aparıcı yer tutmuşdur. Həzrət Bəhaullah buyurur ki, Tanrının Mahiyyəti dərkedilməzdir və daima dərkedilməz qalacaqdır. İnsan zəkası Tanrının Mahiyyətini hansı sözlərlə təsvir etməyə çalışırsa çalışsın, bunlar ancaq insan mövcudluğuna aiddir və bu sadəcəinsan təcrübəsini təsvir etmək cəhdinin nəticəsidir:
“Sən Səni zikr edənlərin zikrindən, Səni vəsf edənlərin vəsfindən, Səni tərif edənlərin tərifindən ucasan, çox ucasan! Sən öz bəndələrinə Sənin qüdrətini və cəlalını ucaltmağı əmr etməklə, onlara mərhəmət göstərdin ki, onlar öz daxili varlıqlarında gizlədilmiş məqama―özlərini tanımaq məqamına yüksələ bilsinlər”.
Bəsirətli və işıqlı ürək sahiblərinə bəllidir ki, Görünməz Cövhər və İlahi Mahiyyət cismani mövcudluq, yüksəlmək və enmək, girmək və çıxmaq kimi xüsusiyyətlərdən son dərəcə ucadır. Bu Onun şərəfindən çox uzaq olardı ki, insan dili onu layiqincə vəsf etsin və ya insan ürəyi onun sonsuz sirrini dərk etsin. O, əzəldən öz Mahiyyətində görünməz olmuş və olmaqdadır, həmişə də Öz Gerçəkliyində insanların gözlərindən gizli qalacaqdır”.
Bəşəriyyət bütün varlıqların Yaradıcısına üz tutmaqla, bir-birinin ardınca gələn İlahi Vəhylərə xas olan xüsusiyyətlərə və yaxud keyfiyyətlərə yiyələnə bilər.
“Günlərin Qədimini dərketmək qapıları bütün mövcudatın üzünə bağlı olsa da, sonsuz nemətlər mənbəyi o nurlu Müqəddəslik Cövhərlərini ruh aləmindən nəcib insan məbədi formasında çıxarmış və insanlara zahir etmişdir ki, onlar dünyaya dəyişməz Varlığın sirlərini göstərsinlər və Onun fənaya uğramayan Mahiyyətinin lətif kamilliklərindən bəhs etsinlər”.
“Bu ən pak güzgülərin hamısı bir nəfər kimi, kainatın Mərkəzi Günəşi, onun Cövhəri və son Məqsədinin Təcəssümləridir. Onların bilik və gücləri Ondan nəşət edir; onların hökmranlığı Ondan qaynaqlanır. Onların üzlərinin gözəlliyi ancaq Onun surətinin əksidir və onların vəhyi Onun ölümsüz cəlalının bir əlamətidir.
Allahın Vəhyləri bir-birindən öz mahiyyətlərinə görə fərqlənmirlər, Onlar əsrdən-əsrə dəyişən tələbatların ödənilməsinə xidmət etsələr də, bu dəyişikliklər onların hər birindən misilsiz cavab tələb etmişdir:
Elə olmayıb və indi də elə deyil ki, bu sifətlər bəzi Peyğəmbərlərə verilmiş olsun, bəzilərinə isə yox. Xeyr, Allahın bütün Peyğəmbərləri Onun sevimliləri, Onun müqəddəs və seçilmiş Elçiləri, istisnasız olaraq, Onun adlarının daşıyıcıları və Onun sifətlərinin mücəssəməsidirlər. Onlar sadəcə vəhylərinin gücü və zahir etdikləri nurun nisbi parlaqlığı ilə fərqlənirlər...
Din tədqiqatçıları xəbərdar edilirlər ki, ilahiyyat ehkamları və digər qəbildən olan önyarğılar və təəssübkeşliklər onları, Tanrının Öz nurunun kanalları kimi seçdiyi bu Kəslər arasında ayrıseçkilik qoymasınlar:
“Ey tövhid əhli! Allah Əmrinin Məzhərləri və Onların Vəhylərini müşayiət və bəyan edən əlamətlər arasında ayrıseçkilik qoymayın. Əgər siz dərk edənlərdən və bu həqiqətə inananlardansınızsa, bilin ki, tövhidin həqiqi mənası budur. Həmçinin, əmin olun ki, Allahın bu Məzhərlərinin işləri, əməlləri, xeyr, onlara aid olan hər şey, onların gələcəkdə aşkara çıxaracaqları hər bir şey Allahdan hökm olunmuşdur və Onun İradə və Məqsədinin ifadəsidir”...
Həzrət Bəhaullah İlahi Vəhylərin təsirini baharın gəlişinə bənzədir. Allah Müjdəçilərinin əsas vəzifələrindən biri təlim vermək olsa da, Onlar sadəcə Müəllim deyillər. Sözlərinin ruhu, Onların şəxsi həyatları ilə birlikdə insan niyyətlərinin ən dərin köklərinə toxunmaq, təməlli və davamlı dəyişikliklər yaratmaq qabiliyyətinə malikdir. Bu Müjdəçilərin təsiri insan düşüncəsi və imkanları üçün yeni üfüqlər açır:
“Məxluqatla Haqq, yarananla Əbədi, mümkünlə Mütləq arasında heç bir vəchlə rabitə, əlaqə, uyğunluq və oxşarlıq olmamışdır və yoxdur. Buna görə də O hər dövrdə və hər əsrdə pak bir Varlığı Mülk və Mələkut aləmlərində zühur etdirir və bu lətif, bu sirli və ilahi Varlığı iki ünsürdən yaradır: maddiyyat aləminə mənsub cismani ünsürdən və Allahın Özünün mənəvi ünsüründən... Onlar qüsursuz hidayət işığı ilə yönəldilərək və ən ali hökmranlığa malik olmaqla sözlərinin ilhamlarının, qüsursuz ilahi feyzlərinin və Vəhylərinin qüdsiyyət yellərinin köməyilə müştaqların könüllərindən və alıcı ruhlardan mülk aləminin qayğı və məhdudiyyətlərinin tozlarını və pasını təmizləmək vəzifəsi ilə göndərilirlər. Onda və ancaq onda insanın mahiyyətində gizlənmiş İlahi Əmanət üzə çıxar və onun aşkar olmuş cəlal bayrağı könüllərin və ürəklərin zirvələrində sancılar”.
Tanrının bu müdaxiləsi olmasaydı, insan təbiəti instinktlərin, anlaşılmaz fərziyyələrin və mədəniyyətin şərtləndirdiyi davranış tiplərinin əsiri olaraq qalardı.
“Bütün aləmi və onda yaşayan və hərəkət edən bütün məxluqatı yaratdıqdan sonra O, Muxtar və Hökmran İradəsindən doğan bir hərəkətlə məxluqat içərisindən Onu tanımaq və sevmək üçün insanı seçdi ki, bu da bütün xilqətin yaradılmasının səbəbi və ilkin məqsədi idi... Belə ki, O hər bir şeyin batini mahiyyətində Öz adlarından birinin işığını təzahür etdirdi və Öz sifətlərindən birinin cəlalını əks etdirdi. İnsanı isə O Özünün bütün adları və sifətlərinin məzhəri etdi, onu Özünün güzgüsünə çevirdi, yaradılmış bütün şeylərdən yalnız insanı bu böyük fəzl və daimi mərhəmət üçün seçdi. Lakin İlahi kərəm Günəşinin və səmavi hidayət Mənbəyinin insanın mahiyyətində qoyduğu güclər gizli və örtülüdür, necə ki, şölə və işıq şamın və çırağın mahiyyətində gizlənmişdir. Bu güclərin işığı dünyəvi arzularla tutula bilər, necə ki, aləmi işıqlandıran günəşin parıltısı bəşəri işlərin tozu və pası ilə tutqunlaşıb qaralmış güzgülərdə pünhan və görünməzdir. Nə bu şam, nə də bu çıraq kənardan kömək olmadan yana bilməz, nə də ki, bu güzgü nə vaxtsa onu örtmüş tozdan xilas ola bilər. Aydındır ki, şölələnən od olmasa, çıraq heç vaxt alışmaz, güzgü pasdan və tozdan təmizlənməyincə, onda parlaq günəşin əksi və şəkli görünməz, işığı və nuru inikas olunmaz”.
Həzrət Bəhaullah buyurur ki, o vaxt gəlmişdir ki, indi bəşəriyyət özünün mənəvi cəhətdən kamilləşməsi prosesinə bir bütöv kimi baxa bilmək imkanına və qabiliyyətinə malikdir: “Bu Gün digər günlərlə müqayisə edilməzdir: çünki o keçmiş əsrlərə və dövrlərə baxan göz, eləcə də zamanların qaranlığında parlayan işıqdır”.
Bu perspektivin işığında müxtəlif dinlərin ardıcılları Həzrət Bəhaullahın “Tanrının əbədi və dəyişməyən Dini” mülahizəsini anlamağa çalışmalı və onun əsas ruhani impulsunu daim dəyişən insan cəmiyyətinin ehtiyaclarını ödəmək üçün açılmış qanun və anlayışlardan ayırmağa səy göstərməlidirlər:
“Allahın Peyğəmbərlərinə, vəzifəsi dünyanın və onun xalqlarının rifahı qayğısına qalmaq olan həkim kimi baxılmalıdır ki, parçalanmış bəşərin xəstəliyini birlik ruhu ilə sağaltsınlar. Heç kəsin haqqı yoxdur ki, onların sözlərini şübhə altına alsın və ya davranışını etibardan salsın, zira ancaq onlar xəstəni başa düşür və xəstəliyi düzgün təyin edirlər. Heç bir insan, onun bəsirəti nə qədər iti olsa da, İlahi Həkimin malik olduğu hikmət və bilik səmasına çatmağa ümid edə bilməz. Ona görə, heç də təəccüblü deyil ki, həkimin bu gün yazdığı müalicə onun əvvəl yazdığı ilə uyğun olmaya bilər. Əgər xəstəliyin hər bir mərhələsi ayrı bir ilac tələb edirsə, onda başqa cür necə ola bilər? Eynilə də, hər dəfə Allahın Peyğəmbərləri dünyanı İlahi Bilik Günəşinin şəfəqləri ilə nura boyayanda onlar insanları həmişə Allahın işığına onların zahir olduqları dövrün şərtlərinə uyğun dəvət etmişlər”.
Nəinki insanın qəlbi, həmçinin, onun ağlı da həqiqət axtarışına həsr olunmalıdır. Həzrət Bəhaullah bildirir ki, idrak insan qəlbinə Allahın ən böyük töhfəsidir, “Qüdrətli Allahın Vəhy nişanəsidir”. İstər dini olsun, istərsə də materialist olsun, ancaq ənənə ilə mənimsənilən ehkamlardan azad olduqdan sonra idrak, Allah Kəlamları ilə insan təcrübəsi arasında qarşılıqlı əlaqəni müstəqil araşdıra bilər: belə axtarışlarda önyarğı başlıca maneədir: “Tək və həqiqi olan Allahın sevimlilərini xəbərdar et ki, onlar başqa adamların söylədiklərinə və yazdıqlarına həddindən artıq tənqidlə baxmasınlar. Qoy onlar ilk növbədə belə sözlərə və yazılara azad düşüncəlilik və xeyirxahlıq mövqeyindən yanaşsınlar”.
Allahın Məzhəri
DÜNYA DİNLƏRİ ARDICILLARININ əqidələrindəki ümumi cəhət ondan ibarətdir ki, yalnız İlahi Vəhyin köməyi ilə insan ruhən Tanrı dərgahına yaxınlaşa bilər və ancaq bu qarşılıqlı əlaqə insan həyatına əsl məna verər. Həzrət Bəhaullahın Yazılarında bu Vəhylərin Daşıyıcılarının, Elçilərin və ya “Allahın Məzhərlərinin” təbiət və rollarının izahına xeyli sayda vacib parçalar həsr edilmişdir. Bu parçalarda tez-tez rast gəlinən analogiya fiziki günəşdir. Günəş öz sistemindəki digər göy cisimləri ilə eyni xüsusiyyətləri paylaşsa da, o, onlardan bununla fərqlənir ki, onun özü o sistemin işıq mənbəyidir. Planetlər və peyklər onun işığını əks etdirərkən, onun özü onun təbiətinıə xas olmaqla işıq verir. Sistem bu mərkəzi nöqtə ətrafında fırlanır, onun hər bir üzvü yalnız onun konkret quruluşundan deyil, həm də işıq mənbəyinə münasibətdə tutduğu mövqedən təsirlənir.
Beləliklə də, Həzrət Bəhaullah təsdiq edir ki, bütün insanlara xas olan fərdilik xüsusiyyəti Allah Rəsullarına da xasdır, lakin Peyğəmbərlər insan təbiətindən onunla fərqlənir ki, Onlar İlahi Vəhylərin vasitəsinə və bu Vəhylərin həyata keçirilməsi işinə xidmət göstərirlər. Allah Məzhərinin məhz bu ikimənalı, ziddiyətli görünən xüsusiyyətləri, İsa Məsih timsalında, bəşər tarixində saysız-hesabsız dini ziddiyətlərə və ixtilaflara səbəb olmuşdur. Həzrət Bəhaullah həmin məsələni belə izah edir:
“Göylərdə və yerdə olan bütün şeylərdə ilahi adlar və sifətlər öz təzahürünü tapır... İnsana münasibətdə bu ən yüksək dərəcədə doğrudur... Bütün yaradılanlar arasında belə şərəf ancaq insana nəsib olmuşdur.Belə ki, bütün ilahi adlar və sifətlər insanın xüsusiyyətlərində ən kamil və ən üstün bir şəkildə təzahür edir... İnsanların ən kamili, ən üstünü və ən ləyaqətlisi isə Həqiqət Günəşinin Məzhərləridir―Onlardan başqa hər şey Onların iradəsi ilə mövcuddur və Onların mərhəməti sayəsində hərəkət edir”.
Tarix boyunca hər hansı bir din ardıcıllarının onların dinlərinin Banisinin misilsiz məqamı barədə inancları Allahın Məzhərinin təbiəti barədə qızğın mübahisələrə səbəb olmuşdur. Lakin bu cür spekulyativ mübahisələr keçmiş yazılardakı məcazi, alleqorik işarələrin yaxud ifadələrin şərh və ya həllindəki çətinliklərlə əngəllənmişdir. Bir rəyi ya fikri dini ehkam formasında bərkitmək cəhdi tarixdə birləşdirici amildən daha çox bölücü amilə çevrilmişdir. Doğrudan da, bu teoloji məsələlərə nəhəng səy və enerji sərf edilsə də―elə bəlkə də ona görə―bizim dövrümüzdə Həzrət Məhəmmədin dəqiq məqamı barədə müsəlmanlar arasında, Məsihin məqamı barədə xristianlar, yaxud buddistlər arasında onların dinlərinin Banisinin məqamı barədə dərin ixtilaflar vardır. Əslində isə tamamilə aydındır ki, bir dinin daxilində bu və digər fərqlərin doğurduğu ixtilaflar başqa dinlər arasında olan ixtilaflardan heç də az kəskin deyildir.
Beləliklə, dinlərin birliyi haqqında Həzrət Bəhaullahın Təliminin anlaşılmasında, Allahın İradəsinin Məzhərlərinin bir-birini əvəz etmələri və insan ruhu tarixində onların rolu haqqındakı fikirlər xüsusi əhəmiyyət daşıyır:
“Bu Haqq Məzhərləri iki məqama malikdirlər. Birincisi―sırf mücərrədlik və mahiyyətcə birlik məqamıdır. Bu məqamda Onları bir adla adlandırsan və eyni sifətlərlə təsvir etsən, səhv etmiş olmazsan”...
İkinci məqam―fərqlənmə məqamıdır, xilqət aləminə mənsubluq və bəşəri məhdudluq səviyyəsidir.Bu məqamda Allahın hər bir Məzhəri xüsusi fərdiyyətə, aydın müəyyən olunmuş əmrə, təyin edilmiş zühura və özünəməxsus hədlərə malik olur. Belə ki, hərəsi bir adla adlanır, xüsusi bir əlamətlə tanınır, aydın bir missiya yerinə yetirir.
İkinci məqam işığında Onlara baxarkən biz görürük ki, Onlar yer üzü nemətlərindən tamamilə imtina edərək, mütləq bəndəlik göstərirlər. Zira, O dedi: “Mən Tanrının quluyam. Mən də sizin kimi bir insanam”.
“Əgər bu cahanşümul Məzhərlərdən hər hansı birindən “Mən Allaham!” nidası eşidilərsə, bu, doğrudur və buna heç bir şübhə yoxdur... Zira onların zühuru, sifətləri və adları ilə yer üzündə Allahın zühuru, Allahın adı və Allahın sifəti aşkar olur... Əgər onlar: “Mən Allahın Rəsuluyam” nəğməsini oxusalar, bu da doğrudur və buna şəkk-şübhə yoxdur... Bu məqamda onların hamısı o Həqiqi Sultan və Dəyişməz Varlıq tərəfindən göndərilmişlər... Həmçinin onlar: “Biz Allahın qullarıyıq!” deyə buyursalar, bu da şübhəsiz və mübahisəsiz həqiqətdir. Çünki onlar dünyada bəndəliyin ən yüksək dərəcəsini nümayiş etdirirlər və yer üzündə heç kəs bəndəliyin bu səviyyəsinə çata bilməz”.
“Odur ki, onlar İlahilikdən, Rəbbanilikdən, Peyğəmbərlikdən, Elçilikdən, Vəlilikdən, İmamlıqdan və Bəndəlikdən nə buyursalar, hamısı doğrudur və buna şübhə ola bilməz. Beləliklə, Bizim fikrimizi əsaslandırmaq üçün deyilmiş bu sözlər üzərində diqqətlə düşünmək gərəkdir ki, daha Qeyb Məzhərlərinin və Qüds Şəfəqlərinin sözlərindəki fərqlər qəlbi təlaşa salmasın və ağlı çaşdırmasın”.
Daim İnkişaf Edən Sivilizasiya
YUXARIDA YAZILMIŞ PARÇALARDA Allah Məzhərinin ən meydanoxuyucu xüsusiyyətləri Həzrət Bəhaullah tərəfindən üstüörtülü formada açıqlanır. O bildirir ki, İlahi Vəhy sivilizasiyanın hərəkətverici qüvvəsidir. İlahi Vəhy baş verərkən, onunbu vəhyə iman gətirənlərin ağıl və qəlblərinə təsir göstərən dəyişdirici qüvvəsi öz inikasınıonların ruhani təcrübələri ətrafında tədricən formalaşan yeni cəmiyyətin yaranmasında tapır. Ən müxtəlif mədəniyyət nümayəndələrini arxası ilə aparmaq qabiliyyətinə malik olan yeni cazibə mərkəzi yaranır: musiqi və incəsənət daha zəngin və kamil ilham daşıyıcıları olan yeni rəmzlərə müraciət edir: doğru və səhv konsepsiyalarının köklü bir biçimdə yenidən müəyyən edilməsiyeni mədəni qanun və əxlaq kodekslərinin formalaşmasına imkan yaradır. Əvvəllər cəmiyyətə məlum olmayan və ya onun laqeyd qaldığı mənəvi məsuliyyət impulslarının ifadə olunması üçün yeni ictimai institutlar yaranır: “O, dünyada idi və dünya Onun tərəfindən yaradılmışdır”.
Yeni mədəniyyətbir sivilizasiyaya çevrildikcə o, özündə əvvəlki epoxaların nailiyyət və görüşlərini tədricən mənimsəyərək, yeni saysız-hesabsız metamorfozlar yaradır. Keçmiş mədəniyyətlərin yeni mədəniyyətlə üzvi surətdə uyğunlaşa bilməyən baxışları məhv olub gedir, ya da əhalinin marginal ünsürləri tərəfindən götürülür. Allah Kəlamı həm fərdi şüur, həm də insanların qarşılıqlı əlaqələri üçün yeni imkanlar yaradır:
Allahın ağzından çıxan hər bir kəlmə elə bir qüvvəyə malikdir ki, bəndələrə yeni həyat bəxş edər. Yer üzündə gördüyünüz bütün ecazkar şeylər Onun uca və ali İradəsi, Onun qəti və ecazkar Məqsədi ilə meydana çıxmışdır. Onun ağzının üfüqündənsifətlərindən birini insanlara bəyan edərək “Yaradıcı” adının günəşi parlayan zaman elə bir qüvvə hasil oldu ki, sonrakı bütün əsrlərdəki sənətlər yarandı... Və bu parlaq söz bütün məxluqata nur saçar-saçmaz bunun bütün yaranmış şeylərdə olan canlandırıcı gücü belə sənətlərin yaranması və kamilləşməsi üçün dünyəvi vasitə və alətləri meydana gətirdi... Gələcək günlərdə siz, həqiqətən, haqqında heç vaxt eşitmədiyiniz şeylər görəcəksiniz... Allahın ağzından çıxan hər bir hərf―həqiqətən, hərflərin anasıdır, eləcə də İlahi Vəhyin Çeşməsi olan Kəsin söylədiyi hər bir söz sözlərin anasıdı.
Həzrət Bəhaullah öyrədir ki, İlahi Vəhylərin ardıcıl açılışı “başlanğıcı və sonu olmayan bir prosesdir” Hərçənd ki, hər bir Məzhərinmissiyası zaman və eləcə də onun xüsusi vəzifələri baxımından məhduddur, eyni zamanda O, İlahi hakimiyyət və iradənin açılışının fasiləsiz və mütərəqqi prosesinin tərkib hissəsidir.
“Batini gözlərinlə bax və Adəmin Zühurunu Həzrət Babın Zühuru ilə bağlayan ardıcıl Məzhərlər silsiləsi üzərində düşün. Mən Allahın qarşısında şəhadət verirəm ki, bu Zühurların hər biri İlahi İradə və Məqsəddən gəliblər, hər biri xüsusi bir Müjdə gətirib, hər birinə İlahidən nazil olmuş Kitab əmanət edilib və hər birinə qüdrətli bir Lövhün sirlərini açmaq səlahiyyəti verilib.Onların aid olduqları hər bir Vəhyin ölçüsü əvvəlcədən müəyyən edilmişdi”...
Lakin, daim inkişaf edən sivilizasiya öz mənəvi qaynaqlarını tükəndirdikcə, buna uyğun olaraq, fiziki real həyatda baş verdiyi kimi, çürümə prosesi başlayır. Həzrət Bəhaullah yenə canlı təbiətin bənzərliklərinə müraciət edərək sivilizasiyanın inkişafındakı bu tənəzzülü qışın başlanmasına bənzədir. Sosial əlaqələrdə olduğu kimi, əxlaqın həyati qüvvəsi də zəifləyir. Əvvəlki dövrlərdə həll edilə bilən və hətta gələcək axtarışlar və təkmilləşdirmələr üçün təkan ola bilən problemlər dəfedilməz əngəllərə çevrilir. Din uyğunluğunu itirir, yeni şeylərin axtarışı getdikcə fraqmentar olur və bu vəziyyət cəmiyyətdəki parçalanmaları daha da dərinləşdirir. İnsan həyatının məna və dəyəri barəsindəki şübhələr getdikcə daha çox həyəcan və çaşqınlıq yaradır. Görün dövrümüzdə baş verən bu proseslər haqqında Həzrət Bəhaullah nə buyurur:
“Biz aydın görürük ki, dünyanı böyük və sonsuz dərdlər bürüyüb. Biz onu xəstəlik yatağında üzülmüş və ümidi kəsilmiş halda sızıldayan görürük. Xudpəsəndlik şərabından məst olan kəslər qüsursuz İlahi Həkimi onun yanına buraxmayıblar. Baxın, onlar özlərini də, bütün insanları da necə çətin bir vəziyyətə salıblar. Nə xəstəliyin səbəbini bilirlər, nə də dərmanı tanıyırlar. Onlar düzü əyri sanıblar və dostu düşmən biliblər”.
Bu İlahi impulslardan hər biri özünü reallaşdırdıqdan sonra bütün proses yenidən təkrarlanır. Bu zaman bəşəriyyətin yeni oyanma və maariflənmə mərhələsi üçün daha böyük İlahi ilhamla Allahın Məzhərinin gəlişi baş verir:
“Ali Məzhərin zühuru anına diqqət yetir. O Əzəli Mahiyyət özünü tanıtdırmazdan və Allahın Kəlamı ilə danışmazdan qabaq artıq Onu tanıyan bir kəsin olmadığı dünyada hər şeyi Biləndir. O həqiqətən, məxluqu olmayan Xaliqdir. Zira Onun Vəhyindən dərhal əvvəlki anda hər bir məxluqun ruhu Ona təslim olar. Bu, həmən gündür ki, onun barəsində buyurur: “Bu Gün hökmranlıq kimə məxsusdur?” Və buna cavab verən bir kəs tapılmaz!”
Nə qədər ki bəşəriyyətin bir hissəsi yeni Vəhyə iman gətirməyib, nə qədər ki ruhani və ictimai model formalaşmağa başlamayıb, daha ilkin İlahi nemətlərin son qalıqları adamları ilahi və əxlaqi cəhətdən qidalandırır. Cəmiyyətin cari işləri edilə də bilər, edilməyə də bilər, qanunlara riayət olunar da, inkar da edilər, ictimai və siyasi təcrübələr çiçəklənər və yaxud tam uğursuzluğa düçar ola bilər, lakin imanın kökləri ümidsizcəsinə tükənmişdir ki,heç bir cəmiyyət onsuz mövcüd ola bilməz. “Zamanın sonu” və ya “dünyanın sonu” ərəfəsində ruhaniyyət axtaranlaryenidən həyatverici mənbəyə üz tuturlar. Bu cəhdlər nə qədər yöndəmsiz və ya nə qədər iztirablı olsa da,bəzi seçimlər nə qədər az cazibədar və ya uğursuz olsa da, belə axtarışinsanlığın nizamlı həyatında sonsuz bir uçurumun açılmasından agahlığa instinktiv bir cavabdır. Həzrət Bəhaullah bildirir ki, hər bir yeni Vəhyin təsiri, həmin Vəhyin əsas Mərkəzi olan Allah Məzhərinin Təlimi və həyatı ilə məhdudlaşmayaraq, qlobal xarakter daşıyır. Bu təsirlər dərk edilməsə də, insanların işlərinə getdikcə daha çox nüfuz edir, geniş yayılmış fərziyyələrdəki və cəmiyyətdəki ziddiyyətləri açır və anlayış üçün axtarışı gücləndirir.
Həzrət Bəhaullah bəyan edir ki, Allah Məzhərlərinin bir-birini əvəz etməsi mövcudluğun ayrılmaz bir cəhətidir və dünya durduqca bu belə davam edəcəkdir: “Allah Öz Elçilərini Musanı və Məsihi əvəz etmələri üçün göndərmişdir vəO bunu sonu olmayan sona qədər davam etdirəcəkdir”...
Tanrı Günü
HƏZRƏT BƏHAULLAH NƏYİ insan təfəkkürünün təkamülünün məqsədi hesab edir? Əbədiyyət baxımından, bu təkamülün məqsədi budur ki, Allah, Öz kamilliklərinin əksini Öz xilqətinin güzgüsündə getdikcə daha da aydın görsün və Həzrət Bəhaullahın sözləri ilə deyilsə:
“Hər bir insan özündə, özü vasitəsilə, Rəbbinin Məzhərinin məqamında şahidlik etsin ki, Ondan başqa Allah yoxdur və hər kəs hər şeydə yalnız Allahdan başqa heç nə düşünməyərək bununla gerçəklik zirvələrinə yol tapar”.
Sivilizasiya tarixi baxımından, Allah İradəsinin Məzhərlərinin bir-birinin ardınca gəlməkdə məqsədləri ictimai şüuru, bütün irqləri vahid orqanizm kimi vahid bəşəriyyətdə birləşdirməyə və öz ümumi gələcəyinin məsuliyyətini öz üzərinə götürə bilməyə hazırlamaqdır. Həzrət Bəhaullahın dediyi kimi “Mərhəmətli Allahımız insan nəslini bir ürək və bir can kimi görmək ümidindədir”.
Nə vaxta qədər ki, insanlar özlərinin ilkin, üzvi birliyini dərk etməyəcəklər, onlar hətta cari problemlərini belə həll edə bilməyəcəklər, hələ onları gələcəkdə gözləyən problemləri demirik. Həzrət Bəhaullah öyrədir ki, “Bəşəriyyətin birliyi sarsılmaz olaraq bərqərar olmayınca, onun firavanlığı, əmin-amanlığı və dincliyi əldə edilə bilməz”.
Ancaq birləşmiş dünya cəmiyyəti öz övladlarına Həzrət Bəhaullahın Allaha müraciət edərək yazdığı duasında ifadə etdiyi daxili əmin-amanlıq hissini verə bilər: “Sən öz bəndələrinə Sənin qüdrətini və cəlalını ucaltmağı əmr etməklə, onlara mərhəmət göstərdin, ta ki, onlar öz daxili varlıqlarında gizlədilmiş məqama―özlərini tanımaq məqamına yüksələ bilsinlər”. Bu nə qədər təzadlı səslənsə də, ancaq həqiqi, əsl birliyə nail olduqdan sonra bəşəriyyət öz fərdiliyini və müxtəlifliyini bəsləyə bilər. Tarixə məlum olan hər bir Peyğəmbərin Missiyaları məhz, “bir sürü və bir çoban” gününün gəlməsinə xidmət etməkdir. HəzrətBəhaullah buyurur ki, bəşəriyyəthazırda sivilizasiyanın məhz bu mərhələsinədaxil olmaqdadır.
Yalnız Həzrət Bəhaullahın deyil, həm də Həzrət Babın Yazılarında bizim rast gəldiyimiz ən dərin analogiyalardan biri bəşəriyyətin təkamülünü hər bir insanın inkişafı ilə müqayisə etməkdir.
“İnsan nəsli öz inkişafında, hər bir ayrıca fərdin körpəlik, uşaqlıq, gənclik dövrlərini xatırladan mərhələləri keçmişdir. İndi biz kollektiv yetkinliyimizin başlanğıc mərhələsini yaşayırıq ki, o, bizim ancaq dumanlı təsəvvürə malik olduğumuz qabiliyyət və imkanlarla doludur”.
Bununla əlaqədar olaraq, Həzrət Bəhaullahın Təlimində birlik prinsipinə bu qədər geniş yer verilməsini başa düşmək o qədər də çətin deyil. Bəşəriyyətin birliyi, indi yaranmaqda olan yeni eranın leytmotivi və bir meyardır ki, insan cəmiyyətinin təkmilləşdirilməsinə dair hər bir təklif məhz bu meyarla ölçülməlidir. Həzrət Bəhaullah təsdiq edir ki, yalnız bir insan nəsli vardır: bir irqin və ya etnik qrupun digər insanlar üzərində hər hansı bir üstünlüyü haqqındakeçmişdən miras qalmış fikirlər əsassızdır. Eynilə də,Allahın Məzhərlərindən hər biri Onun vahid İradəsinin yerinə yetirilməsinə xidmət etdikləri üçün Onların Vəhyləri də bütün insan nəslinin mirasıdır; yer üzündəki hər bir şəxs də o ruhani mirasın qanuni varisidir. Hər hansı bir formada mövhumatda israr etmək həm cəmiyyətin mənafeyinə zərər gətirir, həm də bizim dövrümüz üçün Allah İradəsinə itaətsizlik deməkdir:
“Ey yer üzünün rəqabət aparan xalqları və tayfaları! Birliyə doğru üz tutun və ittifaq nuru ilə nurlanın! Bir yerə toplaşın və Allah xatirinə ixtilaf doğuran şeyləri aradan qaldırın ki, bütün aləm ən böyük Günəşin nuruna boyansın, insanlar bir şəhərə daxil olub bir taxtda otursunlar. Bu Məzlumun həyatının ilk günlərindən indiyə qədər deyilənlərdən özgə nə bir məqsədi olub, nə də bir başqa arzusu olacaq. Şübhə yoxdur ki, dünyanın xalqları, hansı irqdən və ya dindən olurlarsa olsunlar, bir səmavi Mənbədən ilham alır, bir Allahın əmrini yerinə yetirirlər. Dövrün tələbinə görə, əmrlər və hökmlər müxtəlif olub, insanların itaətsizliyindən doğan bəzilərindən başqa hamısı Allah tərəfindən göndərilib və Onun İradə və Məqsədinin ifadəsi olub. Qalxın və yəqinlik əli ilə sizlərin arasında ixtilaf səpən mövhumat bütlərini sındırıb tökün”.
Birlik mövzusuna Həzrət Bəhaullahın bütün əsərlərində rast gəlirik: “Birlik çadırı qurulmuşdur: bir-birinizə yadlar kimi baxmayın”. “Bütün dinlərin ardıcılları ilə dostluq və qardaşlıq ruhunda ünsiyyət edin”. “Biz hamımız bir ağacın meyvələri, bir budağın yarpaqlarıyıq”.
Bəşəriyyətin yetkinlik çağına çatmaq prosesi onun ictimai-sosial cəhətdən təşkilatlanmasında da qaçılmaz olaraq təkamüldən keçir. Ailədən, onun saysız-hesabsız müxtəlifliklərindən başlayaraq insan nəsli ailə, qəbilə, şəhər-dövlət, son vaxtlar isə millətlər əsasında inkişaf edərək müxtəlif dərəcədə uğurlarla cəmiyyətlər yaratmışdır.
Durmadan genişlənən və mürəkkəbləşən bu ictimai mühit yeni insanın potensialına yeni stimullar və inkişaf miqyası verir, bu inkişaf isə öz növbəsində sosial strukturun daim yenilənən formalarının yaranmasına təsir etmişdir.Buna görə də bəşəriyyətin yetkinlik yaşına çatması bütün ictimai-sosial nəzmin bütövlükdə transformasiyasını tələb edir. Yeni cəmiyyət elə bir cəmiyyət olmalıdır ki, bütün insan nəslinin bütöv müxtəlifliyini əhatə etsin və mədəni təcrübənin min illər ərzində cilaladığı istedad və bəsirətləri tam miqyası ilə istifadə etsin.
“Bu Gün Allahın ən gözəl nemətlərinin insanların üzərinə yağdığı Gündür, o Gün ki, Onun ən böyük fəziləti bütün yaranmış şeylərə nüfüz etmişdir. Bu gündən dünyanın bütün xalqları aralarındakı ixtilafı aradan götürməli və tam birlik və sülh içində Onun inayət ağacının kölgəsinə toplaşmalıdırlar... Tezliklə dünyanın bugünkü nizamı yığışacaq və onun əvəzinə yeni bir nizam qurulacaq. Həqiqətən, sənin Rəbbin doğru Söyləyən və gizli şeyləri Biləndir”.
Cəmiyyətin transformasiyası və dünyanın birliyinin bərqərar olması üçün Həzrət Bəhaullah insanların bütün işlərində ədalətə nail olmağı ən vacib vasitə sayır. Bu məsələ Onun Təlimində ən əsas yerdə dayanır:
“İnsanların nuru Ədalətdir. Onun işığını zülm və istibdadınmüxalif küləkləri ilə söndürməyin. Ədalətin məqsədi insanlar arasında birliyin bərqərar edilməsidir. İlahi Hikmət ümmanları bu ülvi sözlə dalğalanır,dünyanın bütün kitabları isə onun gizli mənalarını özündə sığdıra bilməz”.
Həzrət Bəhaullah sonrakı əsərlərində bəşəriyyətin yetkinlik çağı üçün bu prinsipin dərin mənalarını açmışdır: “Qadın və kişi Tanrının nəzərində həmişə bərabər olmuşlar və daima da bərabər olacaqlar” deyən Həzrət Bəhaullah bildirir ki, mədəniyyətin inkişafı, cəmiyyətdən onun elə quruluşunu tələb edir ki, o bu prinsipi özündə bütünlüklə təcəssüm etdirsin. Kainatın maddi və mənəvi ehtiyatları təkcə hər hansı bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. Ümumi nemətlər bolluğu yaradılması üçün edilən müxtəlif töhfələr və səylər hər cür tərifə və təşəkkürə layiqdir, lakin bunlar rəhbər tutduqları sosial-iqtisadi konsepsiyalardan asılı olmayaraq, yer üzü xalqlarının böyük əksəriyyətinin düçar olduğu ifrat yoxsulluq və ifrat zənginliyi aradan götürməlidir.
Dünya Hökmdarlarına Müraciət
HƏZRƏT BƏHAULLAHIN YUXARIDA haqqında söz açdığımız Yazıları başlıca olaraq, babilərə qarşı təqiblərin yenidən başlandığı bir dövrdə qələmə alınmışdır. Sürgün olunmuşlar İstanbula gəldikdən az sonra hamıya aydın oldu ki, Bağdaddan yola düşərkən Həzrət Bəhaullaha göstərilən hörmət və ehtiramlar, ancaq ani, epizodik hal imiş. Osmanlı İmperiyası hakimiyyəti tərəfindən “babilərin başçısının” və Onun ardıcıllarının ucqar əyalətdə deyil, ölkənin paytaxtında yerləşdirilməsi İranın hakim nümayəndələri arasında həyəcanı daha da artırırdı. İranda baş vermiş hadisələrin Bağdadda yenidən təkrarlanmasından və həmçinin, bu dəfə baş verəcək hadisəyə ola bilsin ki, Türkiyə hökumətinin nüfuzlu dairələrinin nəinki rəğbət bəsləmək ehtimalından, eləcə də babilərin tərəfini saxlamaq ehtimalından qorxuya düşən İran səfiri Osmanlı İmperiyasından daha inadla təkid edirdi ki, babiləri daha ucqar yerlərə göndərsin. İran səfiri belə bir fikri əsas tuturdu ki, yeni dinin paytaxtda yayılması gözlənilməz siyasi və dini münaqişələrə gətirib çıxara bilər. Osmanlı İmperiyası əvvəlcə İran hökumətinə güclü müqavimət göstərirdi. Baş nazir Əli Paşa qərb diplomatlarına cavabında öz fikrini belə izah edərək deyirdi ki, “Bəhaullah nümunəvi davranışlı, tamamilə təmkinli və ən yüksək ləyaqətə malik şəxsiyyət olmaqla bərabər, eyni zamanda nadir bir insandır”. Baş Nazirin fikrincə Onun Təlimi “ən yüksək qiymətə layiqdir, belə ki, O, İmperiyanın təbəələrinin―müsəlmanların, yəhudilərin və xristianların―dini düşmənçiliyini aradan qaldırır”.
Ancaq getdikcə artan narazılıq və şübhə hissləri gücləndi. Osmanlı İmperiyası paytaxtında siyasi və iqtisadi hakimiyyət saray zadəganlarının, nadir hallarda səriştəli, yaxud ümumiyyətlə, səriştəsiz adamların əlində cəmləşmişdi. Rüşvət hökumət çarxını hərəkətə gətirən yeganə sürtgü yağı idi. İmperiyadan və onun ucqarlarından dəstə-dəstə adamlar iltifatvə ya nüfuz tapmaq arzusu ilə paytaxta axışıb gəlirdilər. Bir qayda olaraq istər görkəmli əcnəbi olsun, istərsə də tabe edilmiş ərazilərdə yaşayan sakin, onlar İstanbula gələr-gəlməz İmperator Sarayında nazirlərin və saray zadəganlarının qəbul otaqlarında himayəçi axtaranlar kütləsinə qoşulurdular. Lakin burada İrandan qovulmuş və bir-biri ilə rəqabət aparan siyasi qruplar özlərinin mahir simasızlıqları ilə ad çıxarmışdılar.
İran hökumətinə qarşı yaranmış düşmənçilik münasibətindən və Onun şəxsi iztirablarının yaratdığı mərhəmət hissindən istifadə etməyi Həzrət Bəhaullaha məsləhət görən dostlarının təəssüflərinə baxmayaraq, O bildirirdi ki, Onun heç bir xahişi yoxdur. Hökumət nazirlərindən bir neçəsinin Həzrət Bəhaullahın mənzilinə bir neçə dəfə qeyri-rəsmi təşrif buyurmalarına baxmayaraq, O, bu imkandan da istifadə etmədi. Həzrət Bəhaullah deyirdi ki, buraya sultanın dəvəti ilə gəlmişdir və onun qonağı kimi İstanbulda yaşayır. Həzrət Bəhaullahın maraq dairəsini müstəsna olaraq əxlaq və ruh məsələləri təşkil edirdi.
Uzun illərdən sonra, xidməti vəzifəsini yerinə yetirmək məqsədilə, Osmanlı İmperiyasının paytaxtına gəlmiş İran səfiri Mirzə Hüseyn xan, İstanbulda yaşayan öz xəsis və etibarsız həmvətənlərinin ona vurduğu zərərdən şikayətləndiyi halda, qısa müddət ərzində İstanbulda yaşayan Həzrət Bəhaullahın davranışından böyük səmimiyyətlə danışaraq bu şəxsiyyəti yüksək qiymətləndirmişdir. Lakin bununla bərabər səfirin özü və onun yoldaşları vəziyyətdən istifadə edərək, bu vəziyyəti ictimai sakitliyə və dövlətin dini əsaslarına qarşı məhbusungizli qəsdləri məkrlə gizlətməsi kimi təqdim etmişdirlər. Belə təzyiqlər nəticəsində, nəhayət, Osmanlı İmperiyası hökuməti Həzrət Bəhaullahı və Onun ailəsini əyalət şəhəri olan Ədirnəyə köçürməyə məcbur oldu. Sürgünləri şaxtalı bir qış günündə, tələsik köçməyə məcbur edirlər. Yaşayış üçün yararsız olan tikililərə köçürülmüş, isti paltar və digər zəruri əşyalardan məhrum olan məhkumlar qışı çox əzab-əziyyət içində keçirdilər.Onlar bilirdilər ki, onlara qarşı heç bir ittiham irəli sürülmədən sürgün olunmalarına baxmayaraq, eyni zamanda, özlərinə bəraət qazandırmaq hüququ da verilməmişdir. Hökm sürən tam özbaşınalıq nəticəsində onlar dövlət məhbusları vəziyyətinə salınmışdılar.
Həzrət Bəhaullahın əvvəlcə İstanbula, sonra isə Ədirnəyə sürgün edilməsi din tarixi baxımından dərin rəmzi məna daşıyır. Bəşər tarixində ilk dəfə olaraq Allah İradəsinin Məzhəri tezliklə bütün planetə yayılacaq müstəqil dini sistemin Banisi, Asiyanı Avropadan ayıran dar su boğazını keçərək, “Qərb” torpaqlarına qədəm qoydu. Əvvəlki bütün böyük dinlər, Asiyada meydana gəlmiş və onların yaradıcıları da həmin ərazidə öz vəzifələrini həyata keçirmişlər. Keçmiş Zühurlardan, xüsusilə də Həzrət İbrahim, Həzrət İsa və Həzrət Məhəmmədin zühurlarından danışarkən qeyd etmək lazımdır ki, bu dinlər Qərbdə yayıldıqları zaman sivilizasiyanın inkişafına daha böyük təsir göstərmişlər. Həzrət Bəhaullah bu yeni dövrdə də eyni prosesin baş verəcəyini, lakin daha geniş miqyasda olacağını əvvəlcədən bildirmişdir. “Onun Vəhyinin Nuru Şərqi işıqlandırdı: Qərbdə Onun hökmranlıq bayraqları göründü. Ey insanlar, qəlblərinizdə bu barədə düşünün!”
Ona görə də, bu yəqin heç də təəccüblü deyildir ki, Öz missiyasını elan etmək üçün Həzrət Bəhaullah məhz həmin anı seçmişdir, bu da tədricən yaxın Şərqdə Həzrət Babın ardıcılları arasında çoxlarının Ona rəğbətini qazandırmışdı. Bu elan, silsilə bəyanatlara çevrilərək din tarixində ən görkəmli sənədlərə çevrildi. Bu sənədlərdə Allahın Məzhəri “Dünya krallarına və hökmdarlarına” müaciət edərək Allahın gününün doğduğunu onlara elan etdi, bütün dünyada özünə qüvvə toplayan, lakin hələ gözəgörünməyən dəyişikliklərə eyham vurdu, onları Allahın və insanların əminləri kimi qalxıb insan nəslinin birləşməsi prosesinə xidmət etməyə çağırdı.
Həzrət Bəhaullah buyururdu ki, təbəələrinin əksəriyyətinin onlara olan ehtiramından və hökmdarların çoxunun mütləq hakimiyyət sahibi olmalarından, onlar Həzrət Bəhaullahın “Ən Böyük Sülh” adlandırdığı, birliklə səciyyələnən və İlahi ədalətlə canlanan dünya nəzmini qurmağa kömək etmək iqtidarındadırlar.
Müasir oxucu mütləq hakimlərin yaşadıqları keçən əsrin mənəvi və intellektual aləmini ancaq çox böyük çətinliklə təsəvvürünə gətirə bilər. Lakin onların tərcümeyi-hallarından və şəxsi yazışmalarından açıq-aşkar aydın olur ki, çox istisnalarla, bu hökmdarlar mömin adam olmaqla bərabər, öz xalqlarının mənəvi həyatlarında aparıcı mövqe tutmuş, bəzən isə rəsmi din başçısı kimi də İncilin və yaxud Quranın sarsılmaz həqiqətlərinə inanmışlar. Hökmdarların əksəriyyətinə verilmiş hakimiyyət, onların öz nəzərlərinə görə İlahi səlahiyyətə əsaslanırdı, o səlahiyyət ki, onlar elə cidd-cəhdlə vurğulayırdılar. Onlar Allahın yer üzündəki canişinləri idilər. “Axirət günü” və “Allahın Səltənəti” haqqında peyğəmbərcəsinə xəbərlər onlar üçün mif və ya alleqoriya deyil, üzərində bütün mənəvi-əxlaqi nəzmin dayandığı yəqinliklər idi və ona əsasən onların özlərini necə çobanlıq etmələri barədə Allah haqq-hesaba çəkəcəkdi. HəzrətBəhaullahın Məktubları şahların və imperatorların daxili aləminin məhz bu tərəfinə yönəlmişdir:
Ey hökmdarlar tayfası, hər şeyin Sahibi gəldi. Hökmranlıq Qoruyan və Qəyyum Allaha məxsusdur... Bu, elə bir Əmrdir ki, yanınızda olanlar onunla müqayisəyə gəlməz―bunu anlayın.
Məbada qürur sizi Vəhyin Mənbəyindən məhrum edə, ehtiyatlı olun ki, bu dünyanın şeyləri sizi göyün Yaradıcısından bir pərdə kimi ayırmasın...
Tanrının Həqqaniyyətinə and olsun! Biz sizin məmləkətlərinizi tutmaq istəyində deyilik. Biz könülləri fəth etmək və ona sahib olmaq üçün gəlmişik.
Bilin ki, yoxsullar sizin aranızda Allahın əmanətləridir. Ehtiyatlı olun, Onun əmanətlərinə xəyanət etməyin və onlara zülm edib xəyanətkarlardan olmayın. Siz Onun əmanəti barədə elə bir Gündə mütləq sorğu-suala tutularsınız ki, o Gün ədalət tərəzisi qurular, bütün haqqı çatanlara haqları verilər, bütün varlıların və yoxsulların əməlləri həmən tərəzidə çəkilər...
Bizim Əmrimizi araşdırın və Bizim başımıza gələnləri aydınlaşdırın, sonra da Bizimlə düşmənlərimiz arasında hakimlik edərək ətrafındakı insanlara ədalətlə davrananlardan olun. Əgər siz zalımın zülmünə mane olmasanız və məzlumun haqqını müdafiə etməsəniz, bəndələr arasında hansı haqla öyünə bilərsiniz?”
“Əgər siz bu Lövhdə misilsiz və aydın bir dillə sizə verdiyimiz nəsihətlərə qulaq asmasanız, hər tərəfdən sizi əzab bürüyər və Allahın ədalətli hökmü sizin əleyhinizə səslənər. O zaman sizin Ona müqavimət göstərməyə gücünüz çatmaz və öz acizliyinizi etiraf edərsiniz”.
“Ən Böyük Sülh” baxışına on doqquzuncu əsrin hökmdarlarından heç biri cavab vermədi. Millətçiliyin yüksəlməsivə imperiya iddiaları o zaman təkcə mütləq hakimləri deyil, həmçinin, Qərbin parlament üzvlərini, akademiklərini, ədiblərini,qəzetlərini və böyük din təsislərini Qərbin triumfalizminin təbliğatçıları kimi öz tərəfinə çəkmişdi. İctimai dəyişikliklərə dair təkliflər, təmənnasız və idealist olmalarına baxmayaraq, tez bir zamanda ehkamlı materializm ideologiyasının yeni burulğanında batırdılar. Şərqdə isə İslam dünyası Allah və həqiqət barəsində insan nəslinin əldə edə bildiyi bütün biliklərə tamamilə yiyələnmək xülyasından ovsunlanmış halda cəhalət, xurafatvə bu ruhani üstünlüyü etiraf etməyən insan nəslinə qarşı qatı ədavət içərisində batmışdı.
Müqəddəs Torpaqlarda
BAŞA DÜŞMƏK ÇƏTİNDİR ki, nə üçün Bağdadda baş verən hadisələrin işığında Həzrət Bəhaullahı başqa bir əyalət mərkəzinə köçürdükdən sonra, orada da hadisələrin eyni cür gedəcəyini Osmanlı İmperiyasının hökuməti əvvəlcədən görə bilmədi. Ədirnəyə köçməsinin elə birinci ilində, Həzrət Bəhaullah, əvvəlcə adamların diqqətini özünə cəlb etdi, bunun ardınca isə həmin rayonun intellektual və inzibati həyatında görkəmli rol oynayan şəxslərin atəşli heyranlığını qazandı. İran konsulluğu nümayəndələrini peşman edən də o idi ki, Həzrət Bəhaullahın ən sadiq pərəstişkarları arasında əyalət valisi Xurşud Paşa və sünnilərin din başçıları arasında rəhbər vəzifə tutan, Şeyxülislam da vardı. İstər hakim dairələrin, istərsə də xalqın nəzərində busürgün Şəxs əxlaqçı-filosof və müqəddəs şəxsiyyət idi. Onun Təliminin doğruluğuna təkcə Öz həyat tərzi ilə deyil, həmçinin, Həzrət Bəhaullahı ziyarət etmək üçün Osmanlı İmperiyasının bu ucqar şəhərinə axışıb gələn İranlı zəvvarların həyatlarında baş verən dəyişikliklər də əyani sübut idi.
Hadisələrin belə gözlənilməz inkişafı İran səfirini və onun əməkdaşlarını belə qənaətə gətirdi ki, İranda öz inkişafını hələ də davam etdirən bəhai hərəkatı tədricən İranla həmsərhəd olan və onunla rəqabət aparan Osmanlı İmperiyasına da öz əsaslı təsirini göstərəcəkdir. Bu tarixi dövrdə Osmanlı İmperatorluğu Çar Rusiyası tərəfindən ardı-arası kəsilməyən hərbi hücumlara, təbəəsi olan xalqların milli-azadlıq üsyanlarına, zahirən dost olan İngiltərə və Avstriya hökumətlərinin bəzi türk ərazilərini ələ keçirib, öz İmperatorluqları tərkibinə qatmaq cəhdlərinə qarşı mübarizə aparırdı. Osmanlı İmperatorluğunun Avropa qitəsində yerləşən əyalətlərindəki bu qeyri-sabit siyasi şərait səfirin müraciətini əsaslandıran yeni inandırıcı dəlillərin yaranmasına səbəb oldu və bunun nəticəsində qərara alındı ki, Həzrət Bəhaullah daha ucqar müstəmləkəyə sürgün edilsin ki, O daha buradan Türkiyənin və eləcə də Qərbin nüfuzlu dairələri ilə heç bir əlaqə saxlaya bilməsin.
Türkiyənin xarici işlər naziri Fuad Paşa Ədirnəyə səfərindən qayıtdıqdan sonra Həzrət Bəhaullahın bütün bölgədə qazandığı hörmət barəsində söylədiyi valehedici hekayətlər İran səfirinin təklifinə inandırıcılıq gətirdi. Belə fikirlərin üstünlük təşkil etməsi nəticəsində hökumət gözlənilmədən belə qərara gəldi ki, öz qonağını ciddi həbs nəzarətinə alsın. Bir gün səhər heç bir xəbərdarlıq edilmədən Həzrət Bəhaullahın yaşadığı ev əsgərlər tərəfindən mühasirəyə alındı və Ona əmr edildi ki, naməlum istiqamətdə sürgünə göndərildiyi üçün yola hazırlaşsın.
Son sürgün üçün seçilən yer Müqəddəs torpaqda, dəniz sahilində yerləşən məşum qala-şəhər Əkka idi. Bütün İmperiyada özünün qeyri-sağlam havası və saysız-hesabsız xəstəlikləri ilə məşhur olan Əkka şəhəri Osmanlı İmperiyasına təhlükəli sayılan cinayətkarların burada tezliklə ölmələri üçün sürgünə göndərildiyi yer idi. 1868-ci ilin avqustunda buraya gəlib çatmış Həzrət Bəhaullah və ailə üzvləri, eləcə də Onun sürgün həyatını bölüşən yoldaşları qala içində iki il ən sərt rəftara və ağır məhrumiyyətlərə məruz qaldılar. Sonra isə Həzrət Bəhaullah qalaya yaxın bir yerdə, yerli bir tacirin mənzilində ev dustağı edildi. İctimai qaydaların düşməni, laməzhəb, ker və əxlaqsız fikirlərin yayıcısı kimi xarakterizə edilən “İranlıların Allahı”na qarşı aparılmış kütləvi vəzlərin (moizələrin) yaratdığı şübhələr nəticəsində, yerli əhali uzun müddət sürgün bəhailərə yaxınlaşmaqdan çəkindilər. Sürgün olunmuş bu kiçik dəstənin bir neçə üzvü ağır məhrumiyyətlərə və dözülməz yaşayış tərzinə tab gətirə bilməyib həlak oldular.
Zaman ötdükcə bu faktı da taleyin çox qəribə istehzası saymaq olar ki, Həzrət Bəhaullahın sürgün yeri üçün Müqəddəs Torpağın seçilməsi, məhz Onun dini və kübar dairələrə mənsub düşmənlərinin təzyiqi nəticəsində müəyyənləşdirilmişdi ki, Onun dini nüfuzu aradan qaldırılsın. Fələstin, üç qüdrətli monoteist dinin ardıcılalrının müqəddəs saydıqları yer kimi, İlahi dünya ilə insan dünyasının kəsişdiyi torpaq və min illər bundan əvvəl olduğu kimi, indi də adamların ümidlərini özünə cəlb edərək, tamamilə xüsusi mövqeyə malik idi. Həzrət Bəhaullahın buraya gəlməsindən bir neçə həftə əvvəlalman əsilli protestant tampliyer hərəkatının liderləri öz dəstələri ilə, gəlişinin yaxın olduğuna inandıqları Həzrət İsa ilə görüşmək üçün Karmel dağının ətəklərində öz koloniyalarını qurmaq üçün Avropadan gəmi ilə yola düşdülər. Üzləri Əkkada Həzrət Bəhaullahın saxlandığı həbsxanaya tərəf çevrilmiş halda onların tikdikləri kiçik evlərin pəncərələri və qapıları üstündəki “Der Herr ist nahe” (“Rəbb yaxındadır”) oyma yazılar indiyədək qalmaqdadır.
Həzrət Bəhaullah hələ Ədirnədə ikən dünyanın hökmdarlarına yazmağa başladığı Müraciətlər silsiləsini Əkkada da davam etdirdi. Bunların bəzilərində ölkənin idarə edilməsində azğınlıq və özbaşınalığa yol verənlərə Allah cəzasının amansızlığı barəsində edilən xəbərdarlıqlar da vardır. Peyğəmbərcəsinə deyilmiş bu xəbərdarlıqların (kəhanətlərin) dramatik şəkildə gerçəkləşməsi bütün Yaxın Şərqdə qızğın müzakirələrə səbəb oldu. Məsələn, bəhailərin şəhər-həbsxanaya gəlməsinin ilk ayından az bir müddət sonra Osmanlı İmperiyasının xarici işlər naziri faktları saxtalaşdırmaqla Həzrət Bəhaullahın sürgün edilməsini sürətləndirən Fuad Paşa vəzifəsindən azad edildi və Fransada ürək tutmasından qəfildən öldü. Bu hadisə ilə yanaşı Həzrət Bəhaullahın Məktublarında əvvəlcədən dediyi kimi, Fuad Paşanın silahdaşı olan baş nazir Əli Paşa vaxtından əvvəl istefa verdi, sultan Əbdüləziz taxtdan salındı və öldürüldü, Türkiyə Avropadakı ərazilərini itirdi və bir-birinin ardınca bir neçə fəlakətlər baş verdi.
İmperator III Napoleona yazdığı Məktubunda Həzrət Bəhaullah xəbərdarlıq edərək bildirir ki, ikiüzlülük və hakimiyyətdən süi-istifadə etdiyinə görə “sənin ölkən hərc-mərcliyə düçar olacaq və sənin əməllərinin cəzası kimi, bütün İmperiya sənin əlindən çıxacaqdır... Məgər saxta şan-şöhrətinlə fəxr etməyə dəyərmi? Həyatıma and olsun! Bu uzun sürməz”.
Fransa-Prussiya müharibəsinin fəlakətləri nəticəsində III Napoleon taxtdan salındı. Bu hadisə məktubun yazılmasından heç bir il keçməmiş baş vermişdi. XIX əsr Fransa siyasi tarixinin müasir tədqiqatçısı Alisteir Horne yazırdı: “Tarixə qədim yunanların “peripetiya” və yaxud qürur zirvəsindən rüsvaycasına yıxılma deyə adlandırdıqları şeyə bundan daha heyranedici hadisə məlum deyil. Yəqin ki, müasir dövrdə belə zəngin əzəmətə və maddi nemətlər bolluğuna malik olan heç bir millət belə bir qısa müddət ərzində bu cür təhqiramiz alçalmaya məruz qalmamışdır”.
Avropada hadisələrin gözlənilmədən inkişafı və bunun nəticəsində yeni İtaliya krallığı qoşunları tərəfindən Papalıq vilayətlərinin və Romanın işğal edilməsinə hələ bir neçə ay qalmış Həzrət Bəhaullah Papa IX Piyə ünvanladığı məktubunda ona yazırdı: “Krallığını krallara ver və öz iqamətgahını tərk et, üzünü Mələkuta çevir... Öz Rəbbin kimi ol... Həqiqətən, toplanmaq günü gəlmişdir və hər bir şey başqalarından ayrılmışdır. O, seçdiklərini ədalət qabına yığdı və atəşə layiq olanları isəatəşə atdı”.
Orduları Fransa-Prussiya müharibəsində qəti qələbə qazanan Prussiya kralı I Vilhelm Həzrət Bəhaullah tərəfindən Kitabi-Əqdəsdə belə xəbərdarlıq edilmişdi ki, III Napoleonun və müharibədə qalib olmuş digər hökmdarların süqutundan dərs götürsün və izn verməsin ki, qüruru bu Zühuru tanımaqda ona mane olsun.
Həmin dövrə dair kədərli hallardan biri də Almaniyadan daha uzaqlarda baş vermiş hadisələri əvvəlcədən görüb, xəbərdarlıq etmək idi. Fransa-Prussiya müharibəsini qəsdən qızışdırmış, nəticədə Fransanı tam məğlubiyyətə uğratmış və yeni “Almaniya İmperiyası” yaratmış Kayzer I Vilhelm hökumətinə belə xəbərdarlıq edilmişdi. Bu xəbərdarlığa Alman İmperatorununcavab verməyəcəyini öncədən görən Həzrət Bəhaullah həmin kitabda sonra bu məşum xəbər daşıyan sözləri yazmışdı:
“Ey Reyn çayının sahilləri! Biz, sizi qana batmış gördük, çünki intiqam qılıncları sizə qarşı çevrilmişdir; və bu bir dəfə də baş verəcəkdir. Bu gün o cah-cəlal içində olsa da, Biz Berlinin ah-naləsini eşidirik”.
Həzrət Bəhaullahın bəyanlarından ikisi ahənginə görə heyrətli dərəcədə fərqlənir ki, onlardan birincisi kraliçaViktoriyaya,ikincisi isə “Amerikanın hakimlərinə və onun Respublikalarının prezidentlərinə” ünvanlanmışdır. Birinci məktubda bütün Britaniya İmperiyası ərazisində köləliyin ləğv edilməsi və həmçinin, nümayəndəli hökumət prinsipinin yaradılması yüksək qiymətləndirilir. Tanrı Gününün elan olunması ilə başlanan ikinci Məktub isə digər Məktubların heç birinə bənzəri olmayan bir çağırışla, əslində əmrlə tamamlanır: “Əzilənləri ədalət əlləri ilə sarı, lovğalıq edən zalımı isə Hökmran və Hikmət Sahibi Rəbbinin hökm çomağı ilə devir”.
Din İşıq Və Qaranlıq Rolunda
BÜTÜN TARİX BOYU İlahi Vəhy ilə insan arasında sədlər yaradan rəsmi dini ehkamları Həzrət Bəhaullah sərt şəkildə tənqid etmişdir. Mövhumat və xurafatların bəhrəsi olan və təfəkkürün düşüncəsiz sərf edilməsi nəticəsində möhkəmlənmiş ehkamlar məqsədi həmişə möminlik və əxlaq olan İlahi prosesə sırınmışdır.Cəmiyyətin həyatını möhkəmlətmək məqsədilə nazil olmuş ictimai-sosial qanunlar mənafelərinə xidmət etməli olduqları insan kütlələrinin üzərində yükə çevrilmişdir. Hətta insan nəslinin malik olduğu ən başlıca alət olan intellektin istifadəsinin belə, istifadəsinə əngəl yaradılmış, nəticədə sivilizasiyalı həyatın asılı olduğu iman və elmi arasındakı dialoq qırılmışdır.
Bu kədərli tarixin nəticəsində din tamamilə bütün dünyada rüsvay edilmişdir. Bundan da pisi o idi ki, rəsmi dinin özü dünya xalqları arasında ən zəhərli ədavət və nifrət mənbəyinə çevrilmişdir. Yüz il bundan əvvəl Həzrət Bəhaullah xəbərdarlıq edərək buyururdu: “Dini nifrət və fanatizm hər şeyi məhv edən atəşdir, onun şiddətini heç kim söndürə bilməz. Ancaq İlahi Qüdrətin Əli bəşəriyyəti bu viranedici fəlakətdən qurtara bilər”.
Həzrət Bəhaullah bildirir ki, bu faciəyə görə, bəşər tarixi boyu Allah adından təmtəraqlı danışan din xadimləri Allah qarşısında məsuliyyət daşıyırlar. Allah Kəlamını öz malına çevirən, Onun yayılmasından isə özlərinə nüfuz qazanmaq vasitəsi kimi istifadə edən din xadimləri sivilizasiyanın inkişafı yolunda duran ən böyük maneə idi. Öz məqsədlərinə çatmaq üçün, bəzən onlar tərəddüd etmədən Allahın Elçilərinin Özlərinə belə əl qaldırmaqdan çəkinməmişlər.
“Hakimiyyət cilovunu əllərində möhkəm saxlayan din xadimləri bütün dövrlərdə insanlarınəbədi qurtuluş sahillərinə yetişməsinə maneə olmuşlar. Bəziləri hakimiyyət ehtirasından, digərləri isə savadsızlıq və nadanlıqları üzündən insanların məhrumiyyətinə səbəb olmuşlar. Onların icazəsi və əmri ilə Tanrı Peyğəmbərlərinin hər biri qurbanlıq qədəhlərini içmişlər”.
Həzrət Bəhaullah müxtəlif dinlərin xadimlərinə göndərdiyi müraciətində onları tarix boyu öz üzərlərinə götürdükləri düşüncəsiz hərəkətlərin böyük məsuliyyəti barəsində xəbərdarlıq edərək buyururdu:
“Siz bulaq kimisiniz. Əgər bulaq dəyişsə, ondan qidalanan axınlar da dəyişər. Tanrıdan qorxun və möminlərdən olun. Əgər ürək rəzalətə bulaşmışsa, onda bədənin digər üzvləri də rəzalətə bulaşacaqdır. Beləliklə də, əgər ağacın kökü xarab olmuşsa, onda onun budaqları da, yarpaqları da, zoğları da və onun meyvələri dəxarab olacaqdır.
Dini ortodoksal baxışların dünyada hələ ən həlledici qüvvə olduğu bir vaxtda bu müddəa o demək idi ki, bu növ hakimiyyətin sonu gəldi və eləcə də,rühban sinfinin dünya din tarixində ictimai əhəmiyyəti itdi: “Ey ruhani rəhbərlər toplantısı! Daha bu gündən siz özünüzü hakimiyyətdə saymayın”.
Həzrət Bəhaullah müsəlman ruhanilərindən olanbarışmaz bir müxalifə belə yazırdı: “Sən dağın zirvəsindəki Günəş işığının sonuncu şüasına bənzəyirsən. Tezliklə Külli-İxtiyar, Ən Uca olan Tanrının hökmü ilə o da sönəcəkdir. Sənin və sənin kimilərin şöhrəti artıq sizdən alınmışdır”.
Bu Məktublar fəaliyyət göstərən dini təşkilatlara qarşı deyil, onun mənbələrindən sui-istifadə edənlərə qarşı yönəlmişdir. Həzrət Bəhaullah nəinki mütəşəkkil dinin sivilizasiyaya verdiyi bəhrələri, həmçinin, bütün dinlərdən olan din xadimlərini səciyyələndirən fədakarlıq və insanlıq sevgisindən dünyanın aldığı faydaları yüksək qiymətləndirir:
“Doğrudan da bilik və gözəl xasiyyət naxışları ilə bəzənmiş o üləmalar, həqiqətən, dünyanın bədəninə baş, ümmətlərə gözdürlər”.
Bütün imanlı və imansızlar, bütündin adamları və dünyəvi insanlar qarşısında duran meydanoxuyucu məsələ dini impulsun pozğunluğunun bu gün hər yerdə dünyaya gətirdiyi nəticələri tezliklə etiraf etməkdir. İnsanların keçən əsr ərzində Allahdan uzaqlaşması nəticəsində, mənəvi-əxlaqi həyat özəyinin asılı olduğu əlaqə qırılmışdır. İnsani dəyərlərin saxlanılması və inkişafı üçün zəruri olan ruhun əzəli və təbii qabiliyyətlərinə heç yerdə məhəl qoyulmur:
“Dünyanın hər yerində imanın gücü və bünövrəsi zəifləyib―Onun şəfaverici dərmanından başqa heç nə onu bərpa edə bilməz. Allahsızlıq pası insan cəmiyyətini daxildən yeyir―Onun qüdrətli Vəhyinin İksirindən başqa nə onu təmizləyə və cana gətirə bilər? Bu məqam və bu qüdrət isə yalnız Allah kəlamına məxsusdur”.
Ümumdünya Sülhü
SONRALAR BAŞ VERMİŞ hadisələr baxımından, o dövrdə HəzrətBəhaullahın Yazılarında deyilmiş xəbərdarlıqlar və çağırışlar daha kəskin görkəm alır:
“Ey hər bir diyardakı məclis üzvləri!.. Dünyaya insan bədəni kimi baxın: o, sağlam və kamil şəkildə xəlq olunub, amma müxtəlif və çeşidli səbəblərdən onu xəstəliklər və bəlalar bürüyüb. Onun halı bir gün də yaxşılaşmayıb, əksinə, xəstəliyi daha da ağırlaşıb, çünki o, öz nəfslərinin atına minərək sərgərdan qalan və yolunu azan bacarıqsız həkimlərin ixtiyarında olub...
Bu gün isə Biz onun təkəbbür şərabından elə məst olmuş adamların əli altında olduğunu görürük ki, onlar nəinki bu ecazkar və əzəmətli Əmri, hətta öz xeyirlərini də anlamırlar”.
“Bu, elə bir gündür ki, Yer onda olanların hamısını danışacaq. Günahkarlar onun ağır yükləridir kaş ki, biləydiniz!”
“Bütün insanlar hər zaman inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar. And olsun Qüdrətli Allaha, yer üzündəki yırtıcı heyvanlar tək işlər tutmaq insana yaraşmayıb və yaraşmır. İnsana layiq olan işlər mərhəmət, məhəbbət, şəfqət və bütün aləm əhlinə qarşı dözümlü olmaqdır”.
“Bu əsrdə bütün yer əhli arasında yeni bir həyat çağlamaqdadır, lakin hələ heç kəs bunun səbəbini tapmayıb və mahiyyətini anlamayıb. Məsələn, Qərb əhalisinə baxın; görün ki, onlar əslində heç bir faydası olmayan cılız bir şeydən yapışıblar, özü də onun meydana çıxıb yüksəlməsi yolunda minlərlə canı qurban vermiş və verməkdədirlər”.
“Hər şeydəmötədillik arzu ediləndir. İfrata çatdırılan hər bir şey şər mənbəyinə çevrilir... Təbiət heyrətli və qeyri-adi hadisələrlə doludur, lakin onlar insan qavrayışından və təfəkküründən gizlidir. Onlar bütün yer atmosferini dəyişdirmək qabiliyyətinə malikdirlər və onlarla zəhərlənmə ölümcül ola bilər”.
Daha sonrakı əsərlərində, o cümlədən bütün bəşəriyyətə ünvanlanmış müraciətində, Həzrət Bəhaullah onda belə fikir oyadır ki, Onun “Böyük Sülh” adlandırdığı təşəbbüsə doğru addımlamaq lazımdır. Həzrət Bəhaullah təkid edir ki, belə addımlar, əzabları və sarsıntıları yüngülləşdirir, belə ki, Onun fikrincə, nə vaxtadək ki dünya xalqları Tanrı Vəhyini qəbul edib, onun sayəsində Böyük Sülh yaratmayacaqlar, insan nəslini belə əzablar və sarsıntılar gözləyir. Həzrət Bəhaullah buyurur:
“Labüd məsələ budur ki, yer üzündə böyük bir məclis qurulsun, hökmdarlar və sultanlar həmin məclisdə Böyük Sülhün əsasının qoyulması üçün yollar və vasitələr barədə müzakirələr aparsınlar. Onun da yolu budur ki, böyük dövlətlər dünyanın rahatlığı üçün öz aralarında sülhə möhkəm can atsınlar. Əgər bir hökmdar başqa bir hökmdarın üstünə hücum çəksə, hamılıqla birləşib onun qarşısını alsınlar. Belə olan surətdə öz ölkə və şəhərlərini qorumaq üçün lazım olandan başqa, dünyanın hərbi sursata və orduya ehtiyacı qalmaz...
Çox çəkməz ki, dünyadakı bütün insanlar bir dil və bir yazı ilə bəzənərlər. O zaman hər kəs hansı şəhərə yollansa, özünü evindəki kimi hiss edər... Bu gün insan o kəsdir ki, özünü bütün bəşər nəslinə xidmətə həsr edir... O kəs fəxr etməsin ki, vətənini sevir, fəxr etsin o kəs ki, bütün dünyanı sevir. Həqiqətən də, dünya bir vətəndir, yer üzündə olan insanlar isə onun vətəndaşlarıdır”.
Mənim İstəyimlə Deyil
İRAN HÖKMDARI NƏSRƏDDİN Şaha yazdığı Məktubunda Həzrət Bəhaullah Şahın göstərişi ilə Siyah-Çal zindanında çəkdiyi əzablardan və digər məşəqqətlərdən bir kəlmə də olsun danışmayaraq, İlahi Planda Öz rolu barədə belə buyurmuşdur:
“Mən də başqaları kimi, bir insan idim və Öz yatağımda mürgüləyirdim, bu zaman heyrətimdən mat qalıram. Ulu Tanrının küləyi məni bürüyür və mənə var olanlar barədə bilikləri bəxş edirdi. Bunlar Məndən deyil, Qüdrət və Hikmət Sahibi olan Kəsdəndir. O, Mənə yerlə göy arasında səsimi yüksəltməyi əmr etdi və bu səbəbdən başıma elə işlər gəldi ki, anlayışı olan hər kəs göz yaşı tökdü. Mən adamların yiyələndikləri ənənəvi bilikləri öyrənməmişəm. Məktəbə də getməmişəm. Mənim yaşadığım şəhərin adamlarından soruşsan, əmin olarsan ki, Mən yalan danışan adamlardan deyiləm”.
Öz həyatını həsr etdiyi həmin Missiya, böyük eşqlə sevdiyi kiçik oğlu Mirzə Mehdinin həyatı bahasına başa gəldi və Onun bütün varidatının əlindən çıxmasına səbəb oldu. Onun sağlamlığını itirməsi və zindana salınması ilə, sürgünlə və alçaldılmalarla nəticələnən missiya Onun Öz istəyindən irəli gəlməmişdi. Həzrət Bəhaullahın buyururdu ki, “Mən Öz şəxsi istəyimlə” bu yola qədəm qoymamışam:
“Ey insanlar, siz elə zənn edirsiniz ki, Allahın son İradə və Məqsədinin idarəsiniMən Öz əlimdə tutmuşam? Allahın Əmrinin son taleyi Mənim əlimdə olsaydı, bir an da olsun, Özümü sizə göstərməyə razı olmazdım, nə də bircə söz belə söyləyərdim. Allah Özü buna, doğrudan, şahiddir”.
Tanrının istəyinə danışıqsız tabe olaraq, Həzrət Bəhaullah tarixdə oynayacağı rola heç bir şübhə etmirdi. İcra (vədlərin həyata keçməsi) Erasının Allah Elçisi kimi O, keçmişin bütün Müqəddəs Yazılarında vəd olunandır: “Bütün millətlərin Məqsudu”, “İzzət Sultanıdır”; İsraillilər üçün O nə çox, nə az, on min övliya ilə göydən gələn “Əbədi Atanın”, “Ordular Rəbbinin” təcəssümü, “ruhların Hökmdarı”, xristianlar üçün “Atanın cəlalında” qayıtmış Məsih; müsəlmanlar üçün “Böyük Xəbər”, zərdüştilər üçün vəd olunmuş Bəhram Şah; hindular üçün Krişnanın yeni təcəssümü; buddistlər üçün beşinci Budda Maitrey idi”.
Ondan əvvəl gələn İlahi Məzhərlər kimi, Həzrət Bəhaullah da, həm Allahın Səsi, həm də vasitəsilə bu Səsin səsləndiyi insan idi: “Ya Rəbb, Məni Səninlə bağlayan həmin əlaqə haqqında düşünərkən, Məni elə arzu çulğalayır ki, bütün yaradılanlara elan etmək istəyirəm―“Həqiqətən Mən Allaham!”, lakin Mən özümə nəzər salarkən, Özümü palçıqdan da kobud görürəm”.
Həzrət Bəhaullah buyurur:
“Sizlərdən biri dedi: “Bu, O Kəsdir ki, Özlüyündə Allahlıq iddiasına düşüb”. And olsun Allaha ki, bu, ən böyük bir böhtandır. Mən yalnız bir bəndəyəm və Allaha, Onun ayələrinə, Peyğəmbərlərinə və mələklərinə iman gətirmişəm. İndi də Mənim dilim, qəlbim, zahirim və batinim şəhadət verir ki, Allahdan başqa Allah yoxdur, Ondan başqa hər şey Onun Əmri ilə xəlq olunub, Onun İradəsi ilə yaranıb... Mən yalnız Allahın Öz səxavəti sayəsində Mənə bəxş etdiyi neməti söyləyib aşkar etmişəm. Əgər bu, Mənim günahlarımdırsa, Onda Mən günahkarların ən birincisiyəm”.
Həzrət Bəhaullahın Yazıları Tanrının Öz İradəsini açmasının əsasında duran paradoksu ifadə etməyə çalışan məcazlarla doludur:
Mən Qüdrət Sahibinin qolunda sultan şahiniyəm. Mən qanadı düşmüşhər bir quşun qanadını açır və onu uçmağa qabil edirəm...
“Bu sənin Qüdrətli,Tərif Sahibi Rəbbinin İradə küləyinin uçurduğu yarpaqdan başqa bir şey deyildir. Belə tufanlı küləklərin əsdiyi bir vaxtda o sakit qala bilərmi? Bütün Adların və Sifətlərin Rəbbi olan o Kəsə and olsun ki, yox! Onu istədikləri kimi hərəkət etdirirlər”.
Allahla İnsan Arasında Əhd
1877-Cİ İLİN iyununda, Həzrət Bəhaullah, nəhayət ki, Əkka qalasındakı sərt həbsdən azad edildi və Öz ailəsi ilə birlikdə, şəhərdən bir neçə kilometr şimalda yerləşən kiçik malikanə olan Məzrəyə köçdü. Həzrət Bəhaullahın Türkiyə hökumətinə yazdığı Məktubunda əvvəlcədən dediyi baş verdi, sultan Əbdüləziz saray çevrilişi nəticəsində taxtdan salındı və öldürüldü; dünyanı bürüyən siyasi dəyişikliklər küləyinin əsintiləri Osmanlı İmperiyasının hətta ən qapalı ərazilərinə belə daxil oldu. Məhəmməd Paşa Səffatın Məzra adlanan malikanəsində iki il yaşadıqdan sonra oğlu Həzrət Əbdül-Bəhanın Onun üçün kirayə etdiyi, hər tərəfdən bağlarla əhatələnmiş, böyük malikanə olan Bəhçiyə köçdü. Həyatının son on iki ilini Həzrət Bəhaullah çoxsaylı ictimai və dini mövzulara dair əsərlər yazmağa, həmçinin, İran və digər ölkələrdən böyük çətinliklərlə axışıb gələn saysız-hesabsız zəvvarlar dəstəsini qəbul etməyə həsr etdi.
Bütün Yaxın və Orta Şərqdə Həzrət Bəhaullahın Təlimini qəbul edənlər arasında bəhai icması həyatının nüvəsi formalaşmağa başladı. İcmalara rəhbərlik etmək üçün Həzrət Bəhaullah Öz Yazılarında yazdığı prinsiplərin həyata keçirilməsi üçün bir sıra qanunlar nazil etdi və təsisatlar açdı. İcmaya rəhbərlik, demokratik yolla bütün icma üzvlərinin seçdiyi Məhfillərə (Şuralara) verilirdi. Dini elitanın yaranmasının bütün imkanları aradan qaldırılmış, həmçinin qərarların qəbul edilməsi üçün məşvərət və kollektiv qərarçıxarma prinsipləri qoyulmuşdu. Bu sistemin ruhunu Həzrət Bəhaullah Özü “Allah ilə insan arasındakı Yeni Əhd” kimi müəyyənləşdirmişdi. Bəşəriyyətin yetkinliyinin fərqləndirici cəhət o idi ki, tarixdə ilk dəfə olaraq, dumanlı da olsa, insan nəsli öz birliyini və yer üzünün isə vahid vətən olduğunu anlamışdır. Bu oyanma Allah və insan arasında yeni qarşılıqlı əlaqə imkanı yaratmışdır. Dünya xalqları Allahın bizim dövr üçün açdığı Vəhydəki rəhbərliyə xas olan ruhani hakimiyyəti qəbul etdikcə, Həzrət Bəhaullah buyururdu, onlar özlərində elə bir mənəvi güc tapacaqlar ki, insanın öz səyləri ilə o gücü yaratması mümkün deyil. Bu münasibətlərin nəticəsi olaraq “yeni insan irqi” meydana çıxacaq və qlobal sivilizasiyanın yaradılması işi başlayacaqdır. Bəhai icmasının missiyası insan nəslini parçalayan xəstəlikləri sağaltmaqda bu Əhdin gücünü və təsirini nümayiş etdirmək idi.
Həzrət Bəhaullah 1892-ci il mayın 29-da, Bəhçidə, 75 yaşında dünyasını dəyişdi. Onun süudu zamanı, hələ 40 il öncə Ona Siyah-Çal zindanında verilmiş Missiyaartıq formalaşdığı islam ölkələri hüdudlarını aşmaq ərəfəsində idi ki, Amerikaya və Avropaya çıxsın və sonra bütün dünya ölkələrinə yayılsın. Bunun özü, Allahla insan arasındakı Yeni Əhddə verilən vədin sübutu olacaqdı. Çünki ilk dəfəolaraq, müstəqil dünya dinləri tarixində Bəhai Dini və Bəhai İcması öz varlığının keşməkeşli, birinci yüzilliyini uğurla başa vuraraq, parçalanmaq və təriqətlərə bölünmək kimi köhnəlikdən yayınaraq möhkəm birliyinin toxunulmazlığını saxlamalı idi və saxladı. Onların təcrübəsi Həzrət Bəhaullahın inamını bir daha qətiyyətlə təsdiqlədi ki, bəşəriyyət bütün müxtəlifliyi ilə vahid qlobal bir Vətəndə birgə yaşamağı və işləməyi öyrənə bilər.
Dünyasını dəyişməsinə iki il qalmış Həzrət Bəhaullah Onunla görüşməyə gəlmiş çox az sayda avropalılardan birini qəbul etdi. O həm də yeganə şəxs idi ki, öz təcrübəsi barədə yazılı bir məlumat qoyub getmişdir. Həmin ziyarətçi Həzrət Babın faciəli taleyi və Onun ardıcıllarının qəhrəman dəstəsi ilə maraqlanan, Kembric Universitetinin ümidverici şərqşünası, gənc Eduard Qrenvill Braun idi. Həzrət Bəhaullah iləgörüşü haqqında Braun belə yazır:
“Hərçənd ki, mən hara və kiminlə görüşəcəyimi (mənə bu barədə ayrıca bir məlumat verilməmişdi) ancaq dumanlı təsəvvür edirdim, lakin bir və ya iki saniyə keçdikdən sonra, birdən heyrət və heyranlıq hissləri içərisində, mən aydın başa düşdüm ki, otaq boş deyildir. Küncdə, divara yaxın qoyulmuş divanda ecazkar və möhtərəm bir şəxs oturmuşdu... Gözlərimi dikdiyim o Şəxsin üzünü mən heç zaman unuda bilmərəm, hərçənd ki, Onu təsvir etmək gücünə də qadir deyiləm. Bu nüfuzedici gözlər sanki insanın qəlbini oxuyurdu; Onun geniş alnından qüvvət və hakimiyyət saçırdı... Kralların qibtə etdikləri, imperatorların əbəs yerə içlərini çəkdikləri belə məhəbbət və ehtiram mərkəzinə çevrilmiş Kəs qarşısında mən baş əyərkən kimin hüzurunda olduğumu soruşmağa artıq ehtiyac yox idi!” Mülayim, ləyaqətlə ifa edilmiş səs məni oturmağa dəvət edərək buyurdu: “Allaha şükür olsun ki, sən gəldin! Sən məhbusu və sürgün olunmuşu görməyə gəldin... Dünyaya xeyir və millətlərə xoşbəxtlikdən başqa Biz heç nə arzulamırıq; lakin Bizi qandala və sürgünə layiq fitnə-fəsad salanlar hesab edirlər... Əgər bütün millətlər bir din ətrafında birləşərlərsə və bütün insanlar bir-birinə qardaş olarlarsa; insan övladları arasında məhəbbət və birlik bağları möhkəmlənərsə; dini ixtilaflar olmazsa və irqi ayrıseçkiliklər ləğv edilərsə, burada zərərli nə var?.. Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaq və Böyük Sülh bərqərar olacaqdır”.